Erməni hərbçiləri Qarabağda narkotik qaçaqmalçılığı ilə məşğul olur

İşğal altında olan ərazilərimizdə Ermənistan ordusu nümayəndələrinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları barədə dəfələrlə məlumatlar yayılıb və bu haqda müxtəlif beynəlxalq təşkilatlar hesabatlar hazırlayıb. Bu günlərdə işğalçı ordunun daha bir hərbi qulluqçusu narkotik vasitə daşıyarkən saxlanılıb. 

İşğal altında olan ərazilərimizdə Ermənistan ordusu nümayəndələrinin narkotik qaçaqmalçılığı ilə məşğul olmaları barədə dəfələrlə məlumatlar yayılıb və bu haqda müxtəlif beynəlxalq təşkilatlar hesabatlar hazırlayıb. Bu günlərdə işğalçı ordunun daha bir hərbi qulluqçusu narkotik vasitə daşıyarkən saxlanılıb. Məlumatda bildirilir ki, Ermənistan ordusunun zabiti baş leytenant Davit Karamyan özünə məxsus 35 NS 547 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomaşını ilə narkotik maddə apararkən Dağlıq Qarabağ ərazisindəki Metsşen yaşayış məntəqəsində yaxalanıb.

Faktla bağlı araşdırma aparılır. Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31