Siyasi şərhçi: “Ermənilər əleyhimizə təbliğat qura bilməyəcəklər”
“Ermənilər uzun illər ərzində bizim olmadığımız yerlərdə Azərbaycanla, ümumiyyətlə isə türk milləti ilə bağlı çoxlu dezinformasiyalar yayaraq qlobal ictimai rəyi çaşdırmaqla məşğul olub”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
2 Mart 2018 12:25 Siyasət"Ermənilər uzun illər ərzində bizim olmadığımız yerlərdə Azərbaycanla, ümumiyyətlə isə türk milləti ilə bağlı çoxlu dezinformasiyalar yayaraq qlobal ictimai rəyi çaşdırmaqla məşğul olub". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, ermənilərin xislətini bilənlər belə buna inanmırlar: "Sadəcə olaraq dünya ermənilərin xislətini yaxşı bilmədiyinə görə onların yalanlarına aldanıb inanıb bizim haqqımızda çox mənfi rəylərin yaranmasına səbəb olub. Amma indi azərbaycanlılar dünyanın hər tərəfində var və onların söz demək imkanları yaranıb. Eyni zamanda söz deyə biləcək insanlarımızın sayı da çoxalıb. Ona görə də ermənilərin bu cür təxribatları əvvəlki illərdə olduğu kimi keçərli deyil. Biz olmadığımız yerdə mütləq bizim əleyhimizə danışılacaq və qərarlar qəbul ediləcək. Ona görə də çıxış yolunu mütləq bu cür platformalarda iştirak etməkdə görürəm. Yəni biz hər yerdə olmalıyıq və bütün tribunalardan istifadə etməliyik. Ümumiyyətlə Azərbaycanla bağlı hansısa formada məsələlərin gündəmə gətiriləcəyi yerləri boş buraxmamalıyıq. Belə olacağı təqdirdə istər ermənilər olsun, istərsə də onların havadarları olsun əleyhimizə təbliğat qura bilməyəcəklər".
Qeyd edək ki, Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.
Erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan (Toumajan) isə Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edərək, bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edir. Axı günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə necə haqq qazandırmaq olar?.