Musa Qasımlı: "Müəllimlərin sosial vəziyyəti yaxşılaşacaq" 

“Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında olan sərəncam olduqca diqqətəlayiqdir”. Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

"Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında olan sərəncam olduqca diqqətəlayiqdir". Bu sözləri  millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılacaq. "Bu sərəncam dövlətimizin təhsil işçilərinə diqqətinin göstəricilərindən biri olmaqla, həm onların sosial vəziyyətini yaxşılaşdıracaq, həm də dərslərin keyfiyyətinin artmasına kömək edəcək. Ona görə də qəbul edilən qərar təhsil sistemi işçilərinin ürəyindəndir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31