Gündəm

Moskvada 2 ay təhlükəsizlik gücləndiriləcək - Futbola görə

2 Mart 2018 13:39

Mayın 25-dən iyulun 25-dək futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Məlumata görə, həmin dövrdə Moskvada nəzarət olunan və qadağan edilmiş zonalar tətbiq olunacaq. Həmçinin bir sıra azarkeşlərin futbol oyunlarını kafe-barlarda, əyləncə mərkəzlərində izləyəcəyini nəzərə alaraq, ictimai asayişin, infrastruktur obyektlərinin mühafizəsi gücləndiriləcək.

UEFA dünyanın ən böyük liqasını QURUR

2 Mart 2018 13:36

UEFA bütün dünya ölkələrini əhatə edəcək yeni bir turnir təşkil etməyi planlaşdırır. Layihənin adı “Qlobal Ölkələr Liqası” olacaq. Slovakiyada keçirilən konqresdə Çempionlar və Avropa Liqasının gələcəyi ilə bağlı radikal dəyişikliklər edən ali futbol qurumu yeni və daha genişmiqyaslı liqanın hazırlıqlarına da başlayır. “Qlobal Ölkələr Liqası”nda sadəcə Avropa deyil, dünyanın hər yerindən milli komandalar yarışa biləcək. Bu layihə bir növ Dünya Çempionatının kiçik modeli olacaq.

Messidən daha bir İNANILMAZ REKORD

2 Mart 2018 13:35

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı keçirən matçda əlamətdar gün yaşayıb. Argentinalı oyunçu matçda komandasının yeganə, karyerasının isə 599 qoluna imza atıb. Bununla Messi qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb.

Evdən 12 min manat aparan saxlanıb

2 Mart 2018 13:32

Astarada evdən 12 min dollar oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də rayon ərazisindəki evlərin birindən 12.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Astara şəhər sakinləri Kənan Bayramlı və Kənan Novruzov saxlanılıblar.

Məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq

2 Mart 2018 13:27

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlar üçün qısamüddətli təlim qrupları yaradılacaq. Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nda əksini tapıb.

Mikayıl Cabbarov: “Vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcək”

2 Mart 2018 13:25

Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən “Olaylar” a verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış edib.

Çoxuşaqlı ailələrdə məktəbəqədər təhsillə bağlı ailə tipli təlim qrupları yaradılacaq

2 Mart 2018 13:23

Nazirlər Kabineti “Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili Qaydası”nı təsdiqləyib. Məlumata görə, Qaydaya əsasən, məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin (digər qanuni nümayəndələrin) istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər.

Gürcüstan baş nazirinin Ermənistana rəsmi səfəri başlayıb

2 Mart 2018 13:21

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Ermənistana rəsmi səfəri başlayıb. Gürcüstanın hökumət administrasiyasına istinadən verdiyi xəbərə görə, baş naziri Yerevan beynəlxalq havalimanında erməni həmkarı Karen Karapetyan qarşılayıb.

Avtobus vuran piyada hadisə yerində ölüb

2 Mart 2018 13:09

Bakıda avtobus piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də saat 10 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi “Iveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Bakıda Novruz yarmarkası təşkil olunacaq

2 Mart 2018 13:07

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 17-20 mart 2018-ci il tarixlərində fasiləsiz olaraq 4 gün kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunacaq: Bakı şəhəri üzrə: Xətai rayonu: Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı;  Nərimanov rayonu: Keşlə bazarının ərazisi;

Sabirabadda zəncirvari qəza: 4 yaralı arasında polis zabiti də var 

2 Mart 2018 13:01

Bu gün səhər saatlarında Sabirabad rayonunda ağır zəncirvari qəza baş verib.  "VAZ-2107", "NİSSAN" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "VAZ-2107"in sürücüsü, Sabirbad rayonu, Qaratəpə kənd sakini, 25 yaşlı Yusif Vəli oğlu Hüseynov , "NİSSAN"ın sürücüsü, rayonun Qalaqıyın kənd sakini Elşən Eyvaz oğlu Hüseynov və iki nəfər sərnişini-həmkəndlisi Nicat Ramiz oğlu Quliyev, Türkədi kənd sakini Elxan İlham oğlu Dadaşov müxtəlif dərəcəli xəsarətlərlə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Soyuğa görə oyundan imtina etdilər

2 Mart 2018 12:57

Rusiyanın “Spartak Moskva” komandası Samara şəhərini təmsil edən “Krıliya Sovetov”la qarşılaşmaqdan imtina edib. Paytaxt təmsilçisi buna səbəb olaraq hava temperaturunun -15 dərəcə olduğunu göstərib. Qarşı tərəf isə “Spartak Moskva”nı qorxaq adlandırıb.

Dağıstan lideri Bakıya gələcək

2 Mart 2018 12:55

Dağıstan rəhbəri vəzifəsini icra edən Vladimir Vasilyev yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Vasilyev “Moskva-Bakı” portalının müxbirinə açıqlamasında deyib. O, səfərin tezliklə baş tutacağını bildirib.

Qarasu başqanı: "Ankara bizim üçün nədirsə, Bakı da odur" 

2 Mart 2018 12:53

Millət vəkili Qənirə Paşayeva Qarasuda Xocalı soyqırımı abidəsinin açılışında dünya ictimaiyyətini “Xocalıya ədalət” kampaniyasına dəstək verməyə çağırıb. Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş məlumatlar verib.

Yağış bu dəhşətli görüntülərə səbəb oldu - VİDEO

2 Mart 2018 12:48

İndoneziyanın paytaxtı Cakartada yağan şiddətli yağış qəzaya səbəb olub. Alış-veriş mərkəzində binanın girişində şiddətli yağışın ağırlığına dözə bilməyən kölgəlik çöküb.