Aİ Müdafiə üzrə Yüksək Səviyyəli Qrupun yaradılmasından imtina edib- ÖZƏL
14:59 SiyasətAvropa Komissiyası Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın təşəbbüsü ilə yaradılması planlaşdırılan Müdafiə üzrə Yüksək Səviyyəli Qrupun fəaliyyətə başlamayacağını təsdiqləyib. Olaylar.az xəbər verir ki, AK sözçüsü Kristian Viqand bildirib ki, üzv dövlətlərlə məsləhətləşmələrdən sonra təşəbbüsün davam etdirilməməsinə qərar verilib. Onun sözlərinə görə, Aİ ölkələri ilə müdafiə əməkdaşlığı digər formatlarda həyata keçiriləcək.
Qərarın səbəbləri açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31