Gündəm
XİN: "Nalbandyan daxili istehlak üçün Ermənistanın uğursuz xarici siyasətinə yalanlarla bəraət qazandırmağa çalışır"
“Ermənistan xarici işlər naziri seçki qabağı dövrdə daxili istehlak üçün Ermənistanın uğursuz xarici siyasətinə bu kimi yalanlarla bəraət qazandırmağa çalışır”. Bu sözləri XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Rusiya və Türkiyə XİN başçıları Moskvada görüşəcəklər
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək. Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O, səfərin martın 14-də gerçəkləşəcəyini söyləyib.
Bakıdan gələn bu faciəli xəbərdən sarsıldım - Yaqland
Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Bakının Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında insanların ölməsi ilə əlaqədar başsağlığı verib.
Pişiyi vurmaq istəmədi, həyatından oldu
Türkiyədə dünən axşam yük maşını ilə digər şəhərə gedən sürücü qəzaya düşüb. Məlumata görə, 47 yaşlı sürücü Abit Acar Yanarsu çayının üzərindən keçərkən maşınının qabağından pişik keçib.
Səudiyyə Ərəbistanında dəvələr çiplənəcək
Səudiyyə Ərəbistanı hökuməti ölkədə ən çox yayılmış ev heyvanı olan dəvələrə çiplərin vurulmasını tətbiq edib. Məlumata görə, yeni qərara əsasən, dəvələr mütləq şəkildə çiplənəcək.
Millinin üzvü 100 milyon avroya satıla bilər
"Başakşəhər" klubunun prezidenti Göksal Gümüşdağ Çempionlar Liqasının 1/8 final mərhələsində adını tarixə yazdıran Cengiz Ünderlə bağlı maraqlı açıqlama verib. Prezident jurnalistlərə açıqlamasında "Roma" forması geyən Cengizin 100 milyon avroya satıla biləcəyini bildirib.
"Türk Hava Yolları" istiqamətlərin sayını 301-ə çatdırıb
Türkiyənin milli aviaşirkəti Fritauna (Syerra-Leone) birbaşa reyslər həyata keçirməyə başlayıb. Bununla da aviaşirkətin uçduğu ölkələrin sayı 121-ə, istiqamətlərin sayı isə 301-ə çatıb. “OLAYLAR” xəbər verir ki, Afrika üzrə digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən və bu yaxınlarda Fritaunun paytaxtı Syerra-Leoneyə birbaşa reyslər açan “Türk Hava Yolları” öz marşrut şəbəkəsini fəal şəkildə inkişaf etdirir.
Tələbələr miqrasiya sahəsində maarifləndirilir
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub.
VI Könüllülük Proqramına start verilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. “OLAYLAR” İdarəyə istinadən xəbər verir ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
Fevral ayında 8 609 müraciət daxil olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin fevral ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. “OLAYLAR” xəbər verir ki, qeyd olunan müddət ərzində ümumilikdə, mərkəzlərə 8 609 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
İsrail polisi Netanyahunu sorğu-suala çəkir
İsrail polisi ölkənin Baş naziri Binyamin Netanyahunu onun yaxınlarının ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Bezek"in rəhbərliyi ilə korrupsiya əlaqələri üzrə işin istintaqı çərçivəsində ilk dəfə sorğu-suala çəkir.
Yanğınla bağlı növbəti məlumat yayıldı
Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirlikləri yanğın barədə növbəti məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-ci il martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Bakıda deputatlar arasında ilk beynəlxalq futbol turniri keçiriləcək
Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək. Bu barədə millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib: “Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb.
Bakıda jurnalistin çantası maşından belə oğurlandı - VİDEO
Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb. Zərərçəkənin Report-a verdiyi məlumata görə, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb.
Məktəbli qız özünü 15 mərtəbəli binadan atdı - VİDEO
Qış tətili boyunca ev tapşırığını yaza bilməyən məktəbli qız intihara cəhd edib. Tətil boyunca ev tapşırığını yazıb bitirə bilməyən 12 yaşlı adı açıqlanmayan qız 15 mərtəbəli binadan özünü atıb. Lakin, xoşbəxtlikdən uşağa heçnə olmayıb.














