Rusiya və Türkiyə XİN başçıları Moskvada görüşəcəklər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək. Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O, səfərin martın 14-də gerçəkləşəcəyini söyləyib.

"Nazirlərin görüşü zamanı iki ölkə arasındakı münasibətlər, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq", - deyə M. Zaxarova söyləyib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31