Bakıda deputatlar arasında ilk beynəlxalq futbol turniri keçiriləcək
Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək. Bu barədə millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib: “Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb.
2 Mart 2018 13:52 SosialGələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək. Bu barədə millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili "Cümhuriyyət ili" elan edib: "Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb. Müstəqil Azərbaycanın 100 illiyini qeyd etmək bizim nəslin qismətinə düşüb. Biz də Prezidentimizin bu çağırışlarına qoşularaq, 5 ölkədən deputat dəvət etmişik. Bir daha qeyd etmək istəyirəm ki, idman və siyasətin vəhdəti olan bu futbol turniri həm ölkəmizin, həm də Milli Məclisin tarixində baş tutan ilk beynəlxalq Parlament idman tədbiri olacaq. Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək. Turnirdə adlarını çəkdiyim ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfər millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və Parlament aparatlarının əməkdaşlarıdırlar". F.Muradov bildirib bu turnir həm də parlamentarilər arasında sağlam həyat tərzinin təbliği baxımından böyük əhəmiyyətə malikdir: "Azərbaycanın həm də böyük idman ölkəsi olduğuni əyani şəkildə qonaqların diqqətinə çatdıracağıq. Ulu öndər zaman-zaman vurğulamışdı ki, biz idman vasitəsilə özümüzü, ölkəmizi, gerçəkliklərimizi, potensialımızı dünyaya təbliğ edə bilərik".