Gündəm

Gəncədə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq konfrans keçirilir

2 Mart 2018 15:14

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Deputat: "Artıq erməni lobbisi də təsdiq edir ki, Xocalı soyqırımını məhz Ermənistan silahlıları törədib"

2 Mart 2018 15:05

ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafı gözləniləndir.

Başı 5 milyon dollar olan “qanuni oğru”: “Lazımdırsa, başımı kəsin”

2 Mart 2018 15:03

2016-cı ilin iyulunda həbs edilən Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, "Ded Xasan"ın varisi sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov və dəstəsinin işi üzrə məhkəmə yekunlaşır. Prokuror məhkəmədən "Şakro Molodoy"a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.

Kadırov Putinin təqdim etdiyi nüvə silahına ad təklif etdi

2 Mart 2018 15:00

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin ötən gün təqdim etdiyi qanadlı raketləri və nüvə enerjisi təminatlı sualtı sistemləri Suriyada ölən rus hərbçilərin şərəfinə adlandırmağı təklif edib.

DGK hüquqi və fiziki şəxslərə müraciət etdi

2 Mart 2018 14:56

Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarlarla əsaslandırmağa çalışıb.

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı Bərdənin simasını dəyişib

2 Mart 2018 14:55

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası respublikanın hər bir bölgəsində olduğu kimi Aran zonasında da uğurla icra edilir.  Məlumat üçün qeyd edək ki, hələ sözügedən Dövlət Proqramı qəbul edilərkən proqramda ayrı-ayrı regionlar üzrə spesifik sahələr müəyyən edilib qruplaşdırılmışdı. Bərdə rayonun daxil olduğu Aran iqtisadi zonasında əsasən kənd təsərrüfatının, heyvandarlığın, pambıqçılığın inkişaf etdirilməsi, qeyd edilən sahələrdə emal və istehsal  müəssisələrinin açılması nəzərdə tutulurdu. Ötən dövrdə demək olar ki, Bərdə rayonu üzrə qarşıya qoyulan məqsədlərə nail olunub.

Morqun qarşısında ailə dramı: "Açın qapını" - VİDEO

2 Mart 2018 14:50

Yanğında ölənlərin qohumları ilə polislər arasında qarşıdurma baş verib. Patoloji Anatomiya Bürosunun qarşısında olan əməkdaşının verdiyi məlumata görə, əzizlərindən heç bir xəbər ala bilməyələr morqa girməyə cəhd ediblər. Bu zaman polis onlara müqavimət göstərib. Hazırda qarşıdurma davam edir. 

İranın Afrin dilemması

2 Mart 2018 14:50

Türkiyənin “Zeytun budağı” əməliyyatı bir aydan artıqdır ki, davam edir. Artıq Afrin Türkiyə Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb, PYD və PKK qüvvələrinin Türkiyə ilə təmasları kəsilib. Qızğın döyüşlər davam etməkdədir. Türkiyənin son məqsədi isə hələ məlum deyil. Döyüşlər Afrinlə bitəcəkmi, yaxud, Türkiyə Suriyanın digər iki sərhəd rayonunu da Afrinə qatacaq? Eyni zamanda, Afrin məsələsində Türkiyənin müttəfiqləri qismində çıxış edən ölkələr tərəfindən – Rusiya və İran tərəfindən hansı reaksiyalar gəlməkdədir? Bu reaksiyaların bildiyimiz kimi “Zeytun budağı” hərəkatının başlanması və gedişində böyük təsiri vardır.

Alimenti ödəyə bilməyən valideyn niyə həbs olunur?

2 Mart 2018 14:43

Ölkədə boşanmaların sayının artması davam etməkdədir. Boşanma hallarının müxtəlif səbələrdən baş verməsi cəmiyyəti düşümdürən məsələlərdəndir. Bəs boşanma halları nədən baş verir və belə halların qarşısını almaq mümkündürmü?

Azərbaycan efirlərində əyləncəli verilişlər dayandırılacaq? - RƏSMİ CAVAB

2 Mart 2018 14:38

Televiziya və radio kanallarında əyləncəli verilişlər yalnız rəsmi matəm günündə dayandırılır. Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğında 25 nəfərin həlak olması ilə əlaqədar əyləncəli verilişlərin dayandırılıb-dayandırılmaması məsələsinə münasibət bildirərkən deyib.

Putin Azərbaycan prezidentinə başsağlığı verib

2 Mart 2018 14:36

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib. Məlumata görə, başsağlığı məktubunun mətni Kremlin saytında yerləşdirilib.

“Bələdiyyə qulluqçuları öz vəzifələrinə nə qədər ciddi riayət etsələr...”

2 Mart 2018 14:35

Artıq uzun illərdir ki, Azərbaycanda vələdiyyə sistemi fəaliyyət göstərir. Etiraf etmək lazımdır ki, ötən illər ərzində bu sahədə o qədər az nailiyyətlər qazanmamışıq. Bu gün kifayət qədər bələdiyyə qurumu var ki, onlar öz fəaliyyətlərini günün tələblərinə uyğun quraraq səmərəli fəaliyyət göstərirlər. Bu sırada beynəlxalq təcrübədən yararlanmaq da bələdiyyələrin işinə yarayır.

Sarkisyanın seçki revanşı

2 Mart 2018 14:32

Yayılan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların ləğv olunduğunu elan edib. Daha dəqiq, S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında sözügedən protokolların etibarsız hesab olunduğunu bəyan edib.

Səlim Müslümovdan mühüm açıqlama

2 Mart 2018 14:23

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən rayonunda həmin rayonun və Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.

“Azərişıq”dan dəhşətli yanğınla bağlı AÇIQLAMA

2 Mart 2018 14:20

"Respublika Narkoloji Mərkəzində yanğın “Azərişıq”a məxsus elektrik naqillərinə görə deyil, binanın daxilindəki elektrik xətləri səbəbindən baş verib". Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.