Alimenti ödəyə bilməyən valideyn niyə həbs olunur?
Ölkədə boşanmaların sayının artması davam etməkdədir. Boşanma hallarının müxtəlif səbələrdən baş verməsi cəmiyyəti düşümdürən məsələlərdəndir. Bəs boşanma halları nədən baş verir və belə halların qarşısını almaq mümkündürmü?
2 Mart 2018 14:43 SosialŞəmsəddin Əliyev: "Atanın işə düzəlməsi üçün imkanlar axtarılıb tapılmalıdır"
Ölkədə boşanmaların sayının artması davam etməkdədir. Boşanma hallarının müxtəlif səbələrdən baş verməsi cəmiyyəti düşümdürən məsələlərdəndir. Bəs boşanma halları nədən baş verir və belə halların qarşısını almaq mümkündürmü?
Hüquqşünas Şəmsəddin Əliyev qeyd edib ki, tərəflər (ər/arvad) həyatı və gələcək taleyi ilə bağlı atdığı addımları diqqətlə, ötəri eşqə, ehtirasa uymadan saf-çürük etməli, təkcə zahiri görünüş, bəlağətli və yaxud pafoslu sözlər diqqət çəkməməlidir. Nikah zamanı gənclərin şüurunda gələcəkdə vətən və cəmiyyət üçün həyata gələcək uşaqların yüksək tərbiyəsi hər iki valideynin borcu kimi dərk edilməli, ailənin rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün cütlük bütün imkanları daxilində çalışacaqlarının mahiyyətinə varmalıdırlar. Bu mənəvi dəyərlər nikahdan öncə tərəflərə qeydiyyat şöbələrinin peşəkar işçiləri tərəfindın aşılanmalıdır. Hər iki tərəfin nikahdan öncə psixoloji (peşəkar psixoloqların, sosioloqlarının, hüquqşünasların, müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı etdiyi) testdən keçmələri də gələcək ailənin qorunub saxlanılmasında mühüm şərtdir: "Yeni ailə quranlara ixtisaslarına uyğun işlə tımin edilərkən üstünlük verilməli və mənzilə ehtiyacları olarsa aşağı faizlə uzun müddətli kredit verilməlidir. Hər bir yeni ailənin gələcək həyatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətində olmalı, mövcud çətinliklərin aradan qaldırılmasına diqqət yetirilməlidir. Belə yanaşma ailənin daxili işinə müdaxilə kimi qəbul edilə bilməz. Əksinə, cəmiyyətin sağlam inkişafı, daha doğrusu, ailənin cəmiyyətin əsas özəyinə çevrilməsi üçün geniş imkanlar açılır. Bundan başqa, Ailə Məcəlləsində nikahın pozulması ilə bağlı hallara yenidən baxmağa ehtiyac var. Hər bir boşanma halı mürəkkəbləşməlidir. Bütün hallarda boşanmalar bir qayda olaraq, yalnız və yalnız məhkəmənin aktı ilə baş tutmalıdır. Boşanmaya əsas verən səbəblərin ciddi və mühüm səbəb kimi qəbulu məsələsi də məhkəmələrin səlahiyyətinə aid edilməlidir". Hüquqşünas hesab edir ki, ailənin bütövlüyünü qoruya bilməyən, uşaqların tərbiyəsinə və onların sosial ehtiyaclarının ödənilməsinə biganə qalan ər-arvad dövlətin etibar etdiyi vəzifənin də öhdəsindən gələ və yaxud, tutduqları vəzifələrinin icrasına başlamazdan öncə içdikləri anda sədaqət göstərə bilməzlər. Ailənin xoşbəxtliyi iflasa uğramışsa, karyer yüksəlişi də ola bilməz. Nikahı pozmaq istəyən ərin və yaxud arvadın hərəkətləri ailənin yüksək adı və nüfuzu ilə bir araya sığmadığına, ailə-nikah münasibətlərinə qəsd etdiklərinəvə yaxud, ər-arvad münasibətlərini qoruya bilmədiklərinə, habelə vəziyyətə seyrçi mövqedə dayandıqlarına görə onların tutduqları vəzifədə qalıb-qalmaması məsələsinə də baxılmalıdır: "Yaxşı olardı ki, dövlətin himayəsində olan ailənin qorunub saxlanılması üçün əhali arasında interaktiv sorğular keçirilsin, verilən təkliflər sırasında diqqət çəkən faktorlar nəzərə alınsın". Onun sözlərinə görə, səbrsizlik və dözümsüzlük nümayiş etdirmək də boşanmaları doğuran obyektiv faktorlardır: "Digər mürəkkəb məsələ boşanmadan sonra ərdən (arvaddan) alimentin tutulmasıdır. Burada aliment ödəyənin işləməməsi problem olaraq qalır. Heç cürə təfəkkürə sığmır ki, aliment ödəyə bilməyən şəxsi əvvəl inzibati, sonra ödənilməyən borc yığılıb artarsa iddiaçının şikayəti əsasında ərin (arvadın) cinayət məsuliyyətinə cəlb olunması məsələsi qətiləşir. Anlamaq olmur, alimenti ödəyə bilməyəni həbs etməklə uşaqların sosial rifahı yaxşılaşırmı? Qənaətimə görə əgər aliment ödəyənin heç bir əmlakı da yoxdursa, onun işə düzəlməsi üçün imkanlar axtarılıb tapılmalıdır. Atanın həbs edilməsi arzu olunan hal deyil. Ata və yaxud ana cəmiyyət üçün heç bir təhlükə törədəcək subyekt olmadığından onların cəmiyyətdən, ən başlıcası isə ayrı yaşayan övladlarının tərbiyə edilməsi borcuna görə müəyyən müddətə məhkum edilməsi Cinayət Məcəlləsinin humanizm, ədalət və qanunçuluq prinsipləri ilə bir araya sığmır. Hesab edirəm ki, məsələnin həlli və belə ailələrin ehtiyaclarını ödəmək üçün "Aliment fondu"nun yaradılması çox vacibdir. Bu həm də ölkə Konstitutsiyasının 12-ci maddəsində ehtiva edilən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" müddəası ilə üst-üstə düşər. Belə bir fondun yaradılmasından sonra açılan bank hesablarına imkanlı hüquqi şəxslərin pul köçürəcəklərini də ehtimal etmək olar, dövlətə o qədər də yük düşməz. Bununla da gələcək nəslin əlindən tutmuş olarıq".
Bəs Avropa ölkələrində vəziyyət necədir?
İngiltərədə nikah üç hakimin və dövlət orqanı nümayəndəsinin, hər iki tərəfin valideynlərinin də iştirak etdiyi, dövlətin və ədliyyənin atributları olan zalda baş tutur. Əvvəlcə tərəflər üçün nəzərdə tutulan andın mətni oxunur və tərəflərin razılaşdığı təqdirdə imzalanır. Dövlət orqanının nümayəndəsi və hakimlər müəyyən sualların mahiyyətinə uyğun cavab aldıqdan sonra nikahın seremoniyası bitir və dövlət sənədi təqdim olunur. Böyük Britaniyada bir ilə qədər rəsmi nikahda olanlar boşana bilməzlər və yaxud, bir ildən az ailə həyatı yaşayanlar boşanmağa ərizə verə bilməzlər. Boşanmaq istəyənlər ilk növbədə yaşamaq üçün şəraitin dəyişilməsinin mümkünsüzlüyünü sübut etməlidirlər. Bura aiddir: Tərəflərdən birinin xəyanəti;Tərəflərdən birinin arzuolunmaz davranışı (məişət zorakılığı); Tərəflərdən biri digərini 2 ildən çox müddətə atıb getmişsə; Əgər tərəflər 2 ildən çox müddət ərzində bir yerdə yaşamırlarsa və hər ikisi boşanmağa razıdırlarsa; Əgər cütlük 5 ildən artıq ayrı yaşayırlarsa,ər və yaxud arvad (biri) boşanmağa razı olmazsa. Bütün göstərilən hallarda məhkəmə sübutlar tələb edir. Böyük Britaniyada tərəflər hüquqi yardım üçün hüquqşünaslara və yaxud "Əhali üçün məsləhət bürosuna" müraciət edə bilərlər. Boşanma iddiası məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfə (ər və yaxud arvada)xəbərnamə forması göndərilir. Cavabdeh həmin formada boşanmaq istəmədiyinin səbəblərini xırda detalına qədər göstərir, qeyd edilən suallara aydın cavab verir və ağlabatan səbəbləri sadalayıb geri göndərir. Bunları qiymətləndirmək məhkəməyə həvalə olunsa da, bəzən bu səbəblərin aydınlaşdırılmasına III tərəf - mediatorlar, ailə üzrə məsləhətçilər, arbitlər qatılırlar. Belə hallarda boşanmanın tezləşdirilməsimümkün olmur. Ailə-məişət zorakılığına məruz qalan tərəfə pulsuz hüquqi yardım etmək B.Britaniyada geniş yayılıb. Qurbanlar yaşayış yeri ilə təmin edilir və onlara digər pulsuz yardımlar göstərilir. İgiltərədə bir uşağa görə əmək haqqının 15%, 2 uşağa 20%, üçdən artıq uşaqlara görə isə 25% həddində aliment tutulur. Boşanma zamanı hakim uşaqların kimin himayəsində qalmasını qət edərsə (mənzilin kimin adında olmasına baxmayaraq) ev də ona qalır. Əksər hallarda ev anada qalır, eyni zamanda 18 yaşına və tələbəlik illəri ərzində də cavabdeh alimenti ödəməli olur. Xəyanət faktoru məhkəmədə sübut olunsa da "uşaqlara pis anadır" ifadəsini işlətmək qəbul olunmur.
Amerikada boşanma proseduru mürəkkəbdir. Bir yerdə yaşamağın qeyri- mümkünlüyü səbəbindən nikahın pozulması halları yalnız məhkəmə yolu ilə baş tutur. Boşanmalara vəsatət verildikdən 6 ay sonra baxılır. "Şerif" tərəfindən cavabdehə çağırış vərəqəsi təqdim edildikdən 21 gün sonra isə proses başlanılır. Adətən qız uşaqları boşanmadan sonra ana ilə qalır. İl ərzində qeyd olunan nikahkarın 45,5%-i pozulur.
Fransa dövlətində nikahın pozulması müəyyən səbəblər tələb edir: birgə razılıq əsasında qərarın qəbulu; ər və arvadın birinin təqsiri; tərəflərin ayrı yaşaması (6 il olmalıdır); Burda da boşanma yalnız məhkəmə qaydasında həyata keçirilir. Hətta əgər ər-arvad birgə qərar qəbul ediblərsə belə. Birgə qərar zamanı tərəflər məhkəmədə səbəb göstərməsələr də nikah pozula bilər. Əgər boşanmağa tərəflərdən biri müraciət etmişsə, digəri də buna etiraz etmirsə, məhkəmə üç ay vaxt verir. Lakin həddi- buluğa çatmış uşaqlar olduğu təqdirdə hakim boşanmaya etiraz edə bilər.
Almaniyada isə boşanma zamanı səbəblərin qeyd olunmasına ehtiyac duyulmur. Hər iki tərəfin razılığı kifayət edir. Ərizə məhkəməyə verildikdən sonra "ayrılıq dövrü" 8 aydan 3 ilədək olan uzanan dövr başlanır. Bu müddət ərzində cütlük boşanma üçün verdikləri ərizənin mahiyyətini anlamalıdırlar. Almaniyanın ailə hüququ ana və uşaqların marağına xidmət edir. Uşaqların maraqlarının tanınmasına 4 yaşdan başlanır. Bir qayda olaraq uşaqların ana ilə qalmasına üstünlük verilir. Alkoqola və narkomaniyaya aludə olan valideynlərin işinə tez baxılır. Orada hər üç nikahdan biri pozulur: "Sonda demək istərdim ki, xoşbəxt ailə qarşılıqlı dostluğun istedadı üzərində qərar tutur.O kökü dərinlikdə olan,kövrək budaqları ilə cəmiyyət üçün şirin bar verən bir ağaca bənzər.Ağac dövlətin himayəsində olsa da ona qulluq etməkvalideynlərin konstitutsion borcudur.Bunun mənasını anlasaq və səbrli olsaq ağrı-acıları unudar,tikilən doğma,əziz və isti yuvanı da qoruya bilərik.Səbirsizlikvə qəzəb şeytan əməlidir.Ona uyanlar yolunu tez azarlar.Adətən oğru içinə və sahibinə bələd olan evi qarətedir.Şeytan da kimin qəlbində onun üçün yer olduğuna əmin olduqdan sonra ora daxil olur və məqsədinə çatır.Hər birimizə şeytandan uzaq olmaq arzusu ilə".
Nurlan