Gündəm

146 nəfər magistraturaya qəbul imtahanına gəlməyib

2 Mart 2018 15:46

Dövlət İmtahan Mərkəzi (DİM) Magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri açıqlayıb.

"Femida" qəzetinin baş redaktoru dəm qazından öldü

2 Mart 2018 15:45

Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Məlumata görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

İranda turistlər üçün vergi bahalaşır - Azərbaycan üçün də problemlər yarana bilər

2 Mart 2018 15:43

İrandan Azərbaycana gələn turistlərin sayı ilbəil artır, lakin əvvəlki illərdən fərqli olaraq, bu il artımın müşahidə ediləcəyi gözlənilmir. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. N.Bağırovun sözlərinə görə, İran qanunvericiliyinə uyğun olaraq, bu ölkənin vətəndaşları xarici səyahətlərə gedərkən dövlətə müəyyən qədər vergi ödəyir. Hazırda İrandan başqa ölkəyə təyyarə ilə səfər edənlər 15 dollara, quru nəqliyyatı ilə gedənlər isə 7 dollara yaxın vergi ödəyirlər.

Britaniyada həyat donub - Dəmir yolları və aeroport işləmir

2 Mart 2018 15:38

Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib. Məlumata görə, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub. 

Azad və demokratik seçki çağırışı edənlərə xatırlatma

2 Mart 2018 15:33

Bu il Cənubi Qafqazda seçki ilidir desək yanılmarıq. Regionun iki respublikası prezident seçkiləri keçirərək ölkənin bir nömrəli postunun sahibini müəyyən edir. Söhbət Azərbaycan və Ermənistandan gedir. Eyni zamanda şimal qonşumuz da president seçkiləri ərəfəsindədir. Bu ölkədə Kremlin yeni sahibinin müəyyən ediləcəyi tarixə sayılı günlər qalıb.

İstanbulda 8-ci Dünya İslam Forumu keçirilir

2 Mart 2018 15:30

Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, 1-3 mart tarixlərində keçirilən forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.

BNA paytaxtda daha 50 dayanacaq məntəqəsi təşkil edib

2 Mart 2018 15:29

Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib. BNA-dan “OLAYLAR”-a bildirilib ki, bunlardan da 27-də pavilyon quraşdırılıb. Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda seminar keçirilib

2 Mart 2018 15:28

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda növbəti seminar keçirilib. Tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək seminar haqqında məlumat verib.

Mavritaniya Prezidenti Azərbaycana gələcək

2 Mart 2018 15:28

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavritaniya Prezidenti Amina Qurab-Fakim iştirak edəcək. Bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub. “OLAYLAR” xəbər verir ki, Mavritaniya Prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas mərizəçidir.

Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb

2 Mart 2018 15:24

Azərbaycan prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Evi "isti pol" etdirmək bizə neçəyə başa gələr? QİYMƏTİ - VİDEO

2 Mart 2018 15:23

Son vaxtlar yeraltı istilik sistemlərinə maraq artıb. Satıcılar bildirir ki,bu cihazdan istifadə heç bir təhlükə yaratmır. Bəs qiymətlər neçəyədir?

Bir gündə 8 əsgərin şəhid olduğu təpə ələ keçirildi

2 Mart 2018 15:21

Afrinin terrorçulardan təmizlənməsi üçün TSQ tərəfindən başladılan və KSU-nun da (Könüllü Suriya Ordusu) qatıldığı əməliyyatlarda bu gün səhər Rako istiqamətində hücum edilib.

Ermənistanın havadarları narahatdırlar

2 Mart 2018 15:19

Dağlıq Qarabağda müharibənin başlanma ehtimalı ilə bağlı məsələ zaman-zaman gündəmi zəbt etməkdədir. Xüsusən xarici mətbuatda Ermənistan-Azərbaycan cəbhəsində silahlı toqquşma anonsunun verilməsi siyasi və hərbi ekspertləri də dilə gətirməyə məcbir edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak" qəzetinin müxbirinə açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır.

Rusiya XİN separatçı Dağlıq Qarabağ rejiminin danışıqlara qoşulmasına ehtiyac görmür

2 Mart 2018 15:16

"Dağlıq Qarabağ münaqişəsnin həlli iıə bağlı Rusiyanın mövqeyi bəllidir". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Jurnalistin separatçı Dağlıq Qarabağ rejiminin münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirakına necə baxırsız sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Bizim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir.