Gündəm
5 mərtəbələrin kütləvi sökülməsi başladı
Moskvada renovasiya proqramı çərçivəsində iki beşmərtəbəli binanın sakinləri yeni mənzillərə köçməyə razılıq verib. Məlumata görə, ilk mərhələdə 134 ailə köçürülür. Yeni tikililərin söküləcək binalardan 300 metr məsafədə yerləşdiyi bildirilir.
AMEA-da Bayıl yamacının sürüşmə zonasında vəziyyət müzakirə edilib
AMEA Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası keçirilib. Coğrafiya İnstitutundan verilən məlumata görə, iclasda İnstitutun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, dosent Starə Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə edib.
Azərbaycanda səsvermə hüququ olanların 60 faizi qadındır, ən yaşlı seçicinin 124 yaşı var
Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Nazir: "Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"
NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.
Kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf edildi
ABŞ alimləri kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf ediblər. Araşdırmanın qaranlıq maddənin zərrəciklərini üzə çıxarmaq üçün başlayan işi asanlaşdıracağı ehtimal edilir.
Kremldən Qərbə xəbərdarlıq: Bu baş versə…
Rusiya özünə və Kollektiv Təhlükəsizlik Müqavilət Təşkilatındakı müttəfiqlərinə qarşı silah tətbiqi zamanı öhdəlikləri çərçivəsində fəaliyyət göstərəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Rusiyanın KTMT və digər müttəfiq öhdəlikləri var. Bu, kifayət qədər aydındır”, – deyə o bildirib.
Türkiyə sərhədi pozan yunan əsgərlərini həbs etdi
Türk əsgərləri Meriç çayı yaxınlığında sərhəd pozuntusuna yol vermiş 2 yunan əsgərini saxlayıb. Bu barədə Yunanıstan Quru Qoşunları komandanlığından bildirilib. Yunan əsgərləri Şimali Evros bölgəsində Kastanies yaxınlığında patrul nəzarətini həyata keçirərkən kəskin hava şəraiti səbəbindən yollarını azaraq Türkiyə sərhədlərinə daxil olub. Sərhədi pozan yunan əsgərləri saxlanılaraq Ədirnəyə göndərilib.
Dilarə Kazımova qəza keçirdi- FOTO
Cazibədar müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib. Ötən gün axşam saatlarında sərnişin avtobusun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib. Bundan sonra avtobus yolun kənarında duran Dilarə Kazımovanın “Audi” markalı avtomobilinə çırpılıb. Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb.
Həmkarı Aydın Xırdalanlını dəhşətli yanğından xilas etdi
Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb. Meyxanaçı həmin mərkəzdə müalicə olunurdu. Bir aya yaxındır ki, Narkoloji Mərkəzdə müalicə alan Aydın həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzdən çıxıb toya gedib. Meyxanaçı daha sonra həmin mərkəzə qayıtmayıb.
Elşad Xose də yanan dispanserdə olub: "Gözümün önündə xeyli adam diri-diri yandı"
Xəbər verdiyimiz kimi bu gün - martın 2-də, səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxladıq, o, faktı təsdiq etdi: "Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orada müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu.
Azərbaycanlı merə qarşı cinayət işi açıldı
Dərbənd rayon administrasiyasının rəhbəri Maqomed Cəlilova qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi qaldırılıb. Bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Rəsul Temirbekov söyləyib. Onun sözlərinə görə, Cəlilov Dərbənd rayonuna 2,2 milyon rubl zərər vurub.
Rusiya XİN: "Xəzər mövzusu ölkəmiz üçün aktualdır"
"Xəzər mövzusu hər zamanAzərbaycan və İranla müzakirə olunur". Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Arif Əsgərovun oğlu məhkəmədə ifadə verib: "Atamın adından sui-istifadə edilib"
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışan Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib.
Zaxarova: "Avropa Şurası ilə münasibətlərimiz böhran dövrünü yaşayır"
Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa İnsan Haqları Konvesnsiyasından - Avropa Şurasından çıxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, RusiyaXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bu məlumatı nə təsdiq, nə də təkzib edə biləcəyini söyləyib: "Rusiyanın Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi ilə münasibətləri böhran dövrünü yaşayır.
SON DƏQİQƏ! Fransa səfirliyinin yaxınlığında TERROR
Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı baş verib. Məlumata görə, hadisə şahidləri avtomobildən bir qrup şəxsin çıxaraq atəş açmağa başladığını deyib. Atəş səslərinin hazırda da eşidildiyi bildirilir.













