Gündəm

SOS! Ölkəmizdə elə bölgələr var ki, az qala hər iki evdən birində eşitmə problemi var

2 Mart 2018 17:14

Azərbaycanda 10 min nəfər insan eşitmə problemlərindən əziyyət çəkir. Məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin Lor kafedrasının müdiri, professor Vəfa Pənahi bildirib. O, dünya əhalisinin 6 faizinin məhz bu xəstəliyə düçar olduğunu açıqlayıb. Klinikanın qulaq, burun, boğaz şöbəsinin müdiri Murad Şıxəliyev qeyd edib ki, dünya əhalisinin 365 milyonu karlıq və eşitmə problemlərindən əziyyət çəkir, onlardan 32 milyonunu uşaqlar təşkil edir.

Oğuruluq heyvan satanlar tutulublar

2 Mart 2018 17:10

Sumqayıt polisi oğurluq heyvan satan şəxsləri ifşa edib. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, martın 1-də 2 şəxs Sumqayıt şəhərində 2 dananı satmaq istəyərkən özlərini şübhəli apardıqlarından ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini cəlb etmiş və onlar saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

8 evi qarət edən şəxs ələ keçib

2 Mart 2018 17:09

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-dən 17-dək olan müddətdə şəhər ərazisindəki 8 evdən pul, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Abdullayev saxlanılıb.

Qadının pulunu zorla alanlar yaxalanıblar

2 Mart 2018 17:08

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanıblar. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, martın 1-də saat 4 radələrində Binəqədi rayonu ərazisində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini Zahidə Nadirovaya zor tətbiq edərək 20 manatını alıb.

Avtomobili qaçıran tutulub

2 Mart 2018 17:07

Avtomobil qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini Rövşən Kərimov saxlanılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən “Olaylar”a verilən mlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 12-də Nizami Rufullayevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Rövşən Kərimov saxlanılıb. Aparılmış araşdırmalarla R.Kərimovun qeyd edilən avtomobilin hissələrini sökərək satması müəyyən edilib.

Azərbaycanda 5 milyon 347 min 803 bildiriş çap olunacaq

2 Mart 2018 17:04

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair çap olunacaq bildirişlərin sayı təsdiq edilib. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriliş çap olunacaq. 

Qadınlar futbola gəldikləri üçün HƏBS OLUNDU

2 Mart 2018 17:00

İranda 35 qadın həbs edilib. Buna səbəb onların futbol matçını tribunadan izləmək istəkləri olub. Paytaxt Tehranda keçirilən “İstiqlal”-“Persepolis” qarşılaşması kişilərlə yanaşı, qadın azarkeşlərin də marağına səbəb olub. 

Avropa İttifaqı ABŞ-ı "ticarət müharibəsi" ilə hədələdi

2 Mart 2018 16:58

Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq olunması qərarına qarşı cavab tədbirləri atıla biləcəyini deyib.

Narkoloji Mərkəzdəki yanğında ölənlərin ailələrinə maddi yardım göstəriləcək

2 Mart 2018 16:56

Azərbaycan dövləti Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərəcək.

Prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi yaradılıb

2 Mart 2018 16:54

Aprelin 11-nə təyin olunan prezident seçkilərinin keçirilməsi üçün yaradılan seçki məntəqələrinin sayı açıqlanıb.

İran XİN: "BMT baş katibinin hesabatı bizim üçün etibarsızdır"

2 Mart 2018 16:51

“BMT baş katibinin İranda insan haqlarının durumu ilə bağlı hesabatı İslam Respublikası üçün dəyərsiz və etibarsızdır”.  Məlumata görə, bunu İranXarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Eldar Sultanov Narkoloji Mərkəzdəki yanğınla bağlı açılan CİNAYƏT İŞİ barədə

2 Mart 2018 16:49

Baş Prokurorluq Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işinin maddələrini açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizlik qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq - əməliyyat tədbirləri davam etdirilir.

Narkoloji dispanser yanğından sonra – VİDEO

2 Mart 2018 16:43

Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğından sonra dispanserin hazırkı vəziyyətini əks etdirən görüntülər yayımlanıb. AzTV həmin videonu təqdim edir.

Tramp qızı İvanka və kürəkənini Ağ Evdən uzaqlaşdırmaq istəyir

2 Mart 2018 16:39

ABŞ Prezidenti Donald Tramp öz müşavirləri işləyən qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri Ağ Evdən uzaqlaşdırmağa çalışır. Məlumata görə, bu barədə ABŞ-ın bir neçə nüfuzlu mətbuat orqanı yazır.

Məcburi köçkün seçicilərin sayı açıqlanıb

2 Mart 2018 16:38

Azərbaycanda 337 min 870 min məcburi köçkün seçici var. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov deyib. O bildirib ki, məcburi köçkünlərin səs verəcəyi məntəqələr bütün ölkə üzrə pyalanıb.