Gündəm
"Axşam evə gəlib, qapını açanda ..." - Müğənninin həyat yoldaşından İLGİNC AÇIQLAMA
Türkiyənin qocaman müğənnisi Selami Şahinin 33 illik həyat yoldaşı Didem Şahinin açıqlamaları təəccübləndirib. "Uzun müddətlik evliliyin sirri nədir?" sualına Didem Şahin mübahisə yaradacaq cavabı ilə diqqət çəkib.
İbrahimoviç geri qayıdır
“Mançester Yunayted”də ulduzu parlayan Zlatan İbrahimoviç 2016-cı ildə son qoyduğu milli komandadakı karyerasına geri qayıtmaq istəyir. Bu mövsüm aldığı zədələr səbəbilə yaşıl meydanlardan uzaq qalan təcrübəli oyunçu Dünya Çempionatında milli formanı yenidən geyinmək istədiyini etiraf edib: “Milli komanda üçün darıxmışam. Nəticədə 20 ilimi verdiyim komandadır. Kənardan izləmək elə də asan deyil. Qapımı heç nəyin üzünə bağlamadım. Ancaq zədələr səbəbilə futboldan uzaq qalmışam. Formamı yenidən qazanana qədər milli komanda haqqında fikirləşmək doğru deyil”.
“Instagram”da YENİLİK - Videozəng olacaq
“Instagram” sosial şəbəkəsində səsli və video zəng funksiyaları işə salınacaq. Məlumata görə, istifadəçilər sosial şəbəkənin “Android” versiyasında “zəng” və “videozəng” funksiyalarının işarələrini aşkar edib.
Baş redaktorun ölümü ilə bağlı cinayət işi açıldı
Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qan qrupunun insanların həyatına 7 MÜHÜM TƏSİRİ - Yaponların İNANILMAZ İNANCI
Şərq mədəniyyətində insanın hansı qan qrupuna aid olması onun həyatında mühüm yer tutur. Yaponiyadakı geniş yayılmış inanca görə, qan qrupu 2 olanlar həssas, mükəmməliyyətçi və işgüzar insanlar olsalar da, ancaq daxilən çox narahatdırlar.
Ramil Usubova ağır itki
Vidadi Zeynalovun kassasiya şikayəti üzrə məhkəmə təxirə düşüb
Ali Məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kassasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə iclası təxirə salınıb. Vəkil Elxan Süleymanlının verdiyi məlumata görə, V. Zeyanlov xəstə olduğu üçün iclas baş tutmayıb. Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
“Qazprom” Ukrayna ilə bütün müqavilələri ləğv edəcəyini açıqlayıb
Rusiyanın “Qazprom” dövlət enerji şirkəti Ukrayna ilə bütün müqavilələrin ləngimədən ləğv olunacağını bəyan edib. Bunu “Qazprom” İdarə Heyətinin sədri Aleksey Miller deyib. O bildirib ki, söhbət həm ukraynalı istehlakçılar üçün verilən qazdan, həm də Rusiya qazının Avropaya tranziti barədə Ukrayna ilə imzalanmış müqavilədən gedir. “Qazprom” Ukraynanın “Naftoqaz” dövlət şirkəti ilə bağlanmış müqavilələrin ləğvi üçün Stokholm arbitrajında dərhal müvafiq prosedurlara başlayacaq.
Yolda gedərkən tapdığı daşın içərisindən elə şey çıxdı ki... - FOTOLAR
Yolda gedərkən tapdığı daşın kənarını soyan adam gördüyü mənzərə qarşısında təəccübünü saxlaya bilməyib.
Ərdoğana qarşı 4 partiya birləşdi
Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkiləri və noyabrda baş tutacaq prezident və millət vəkili seçkilərində 4 siyasi partiya ittifaq qurmaq barədə qərar qəbul edib.
Harri Keyn Londonun ən yaxşısı seçildi
"Tottenhem"in hücumçusu Harri Keyn 2017-ci ildə Londonun ən yaxşı oyunçusu seçilib. Bu münasibətlə 24 yaşlı forvarda "London Football Awards" mükafatı təqdim olunub. Keyn mükafata gedən yolda Sezar Azpilikueta ("Çelsi"), komanda yoldaşları Son Yun Min, Kristian Eriksen və Vilfrid Zahanı ("Kristal Pelas") qabaqlayıb. İngilis futbolçu ötən mövsüm 29 qolla Premyer Liqanın bombardiri olmuşdu.
Ailəsindən İsa Qəmbərin insult keçirməsi xəbərinə SƏRT REAKSİYA- YENİLƏNİB
Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb. Bu barədə Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib. Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.
İngilis klubları Marko Roysu izləyir
"Borussiya Dortmund"un kapitanı Marko Roysa İngiltərənin 2 klubu maraq göstərir. 28 yaşlı yarımmüdafiəçini daha yaxından "Tottenhem" izləyir. Roys Dortmund klubu ilə yeni müqavilə imzalamasa, "mahmızlar" transfer üçün təklif göndərəcək.
McDonalds-da rəzalət: Çıxın çölə, buranı tərk edin - VİDEO
Lütfən, restoranı tərk edin! Yeməyinizi bitirməyə lüzum yoxdur! Siz qaydaları pozursunuz, müştərilərimizi narahat edirsiniz! Çıxın çölə!
"Arsenal"ın tarixində ilk
İngiltərə Premyer Liqasının 28-ci həftəsində "Arsenal"ın qonağı olan "Manşester Siti" səfərdə 3:0 hesabı ilə qələbə qazanınb. "Arsenal" tarixində ilk dəfə öz evində oynadığı matçın birinci hissəsində qapısında 3 qol görüb.














