"Axşam evə gəlib, qapını açanda ..." - Müğənninin həyat yoldaşından İLGİNC AÇIQLAMA
Türkiyənin qocaman müğənnisi Selami Şahinin 33 illik həyat yoldaşı Didem Şahinin açıqlamaları təəccübləndirib. "Uzun müddətlik evliliyin sirri nədir?" sualına Didem Şahin mübahisə yaradacaq cavabı ilə diqqət çəkib.
2 Mart 2018 18:14 DünyaTürkiyənin qocaman müğənnisi Selami Şahinin 33 illik həyat yoldaşı Didem Şahinin açıqlamaları təəccübləndirib. "Uzun müddətlik evliliyin sirri nədir?" sualına Didem Şahin mübahisə yaradacaq cavabı ilə diqqət çəkib. Star TV-də yayımlanan "Duymayan Kalmasın"ın xəbərinə görə, müğənninin həyat yoldaşı Selami Şahinlə uzun müddət davam edən evliliyinin sirrini açıb: "Biz görmürük, eşitmirik, bilmirik. Kişi müğənnilər səhnəyə çıxanda göz-başları qaynamırmı? Görmürükmü? Axşam evə gəlib, qapını açdığımda mənim olur".
Selami Şahin isə "Axşam evə gəldiyi zaman arvadım "Xoş gəldin mənimkisi", səhər evdən çıxdığımda "Gülə-gülə elinkisi" deyir. Sənətçi xalqın malıdır" ifadələrini işlədib. Milli.az Milliyet-ə istinadən xəbər verir.