İrakli Kobaxidze hökumətdəki dəyişikliklər və korrupsiyaya qarşı mübarizədən danışıb – ÖZƏL
14:53 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze istefa verəcəyi ilə bağlı şayiələrə münasibət bildirərək, bu cür sualların hər üç aydan bir təkrarlandığını və üç ay sonra da eyni sualın veriləcəyini gözlədiyini deyib.
Eyni zamanda, idarəetmə sistemindəki korrupsiya və mövcud problemlərin həllindən söz açan hökumət başçısı, Bidzina İvanişvilinin xüsusi tapşırığı ilə komandası ilə birlikdə sistemi bu nöqsanlardan təmizləmək üçün bir il beş ay vaxt sərf etdiklərini vurğulayıb. Parlamentdə olduğu dövrdə nəzarət imkanlarının məhdud olduğunu bildirən Kobaxidze, yalnız Baş nazir postuna keçdikdən sonra sistemi köklü şəkildə sağlamlaşdırmağa müvəffəq olduqlarını diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31