Avropa İttifaqı ABŞ-ı "ticarət müharibəsi" ilə hədələdi
Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq olunması qərarına qarşı cavab tədbirləri atıla biləcəyini deyib.
2 Mart 2018 16:58 DünyaAvropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq olunması qərarına qarşı cavab tədbirləri atıla biləcəyini deyib.
Məlumata görə, J-K.Yunker ABŞ-ın bu qərarından təəssüfləndiyini bildirib. O qeyd edib ki, ABŞ öz bazarının müdafiəsi naminə dünya bazarına müdaxilə edir. Hazırda Avropa İttifaqının cavab tədbirləri gördüyü açıqlanıb.
Qeyd edək ki, D.Tramp ABŞ-a idxal olunan polada 25 faiz, alüminiuma 10 faiz həcmində gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31