Azərbaycanda səsvermə hüququ olanların 60 faizi qadındır, ən yaşlı seçicinin 124 yaşı var

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan daimi seçki məntəqələrinin ümumi sayı 5641-dir, 5 günlük yaradılan, yəni müvəqqəti məntəqələr bura daxil deyil.

Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqənddir. Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31