AMEA-da Bayıl yamacının sürüşmə zonasında vəziyyət müzakirə edilib

AMEA Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası keçirilib. Coğrafiya İnstitutundan verilən məlumata görə, iclasda İnstitutun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, dosent Starə Tarixazər Bayıl yamacının sürüşmə zonasında vəziyyət haqqında məruzə edib.

S. Tarixazər bildirib ki, son vaxtlar Bakıda tikinti zamanı, konkret olaraq isə Bayıl yamacında ərazinin geoloji-geomorfoloji, mühəndis-geoloji, hidro-geoloji və digər xüsusiyyətlər nəzərə alınmır: "Nəticədə isə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir. Tikinti zamanı işlər aktiv sürüşmə zonalarının təyini istiqamətində aparılmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin səbəbi relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri  və s. kimi  təbii və antropogen amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır".

O qeyd edib ki, yaxın vaxtlarda burada meşə-park zonasının salınması kimi profilaktik tədbirlər görülərsə, artmaqda olan sürüşmə prosesinin fəallığını minimuma endirmək mümkündür. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31