Azərbaycanlı merə qarşı cinayət işi açıldı

Dərbənd rayon administrasiyasının rəhbəri Maqomed Cəlilova qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi qaldırılıb. Bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Rəsul Temirbekov söyləyib. Onun sözlərinə görə, Cəlilov Dərbənd rayonuna 2,2 milyon rubl zərər vurub.

Dərbənd rayon administrasiyasının rəhbəri Maqomed Cəlilova qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi qaldırılıb. Bunu "İnterfaks" agentliyinə açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Rəsul Temirbekov söyləyib. Onun sözlərinə görə, Cəlilov Dərbənd rayonuna 2,2 milyon rubl zərər vurub.

Qeyd edək ki, bir neçə həftə öncə Cəlilovun həbsi ilə bağlı informasiya yayılsa da, sonradan təkzib edilmişdi. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31