Kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf edildi

ABŞ alimləri kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf ediblər. Araşdırmanın qaranlıq maddənin zərrəciklərini üzə çıxarmaq üçün başlayan işi asanlaşdıracağı ehtimal edilir.

ABŞ alimləri kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf ediblər. Araşdırmanın qaranlıq maddənin zərrəciklərini üzə çıxarmaq üçün başlayan işi asanlaşdıracağı ehtimal edilir.
Siqnallar kainatda hidrogen maddəsinin necə yarandığına dair məlumatlar əldə etmək üçün Avstraliya sahillərinə yerləşdirilən radio teleskop vasitəsi ilə əldə edilib.

Arizona universitetinin alimləri belə bir siqnalın ilk dəfə müşahidə edildiyini və kəşfin astro fizika sahəsində bir inqilab olduğunu söyləyiblər.

Radio teleskopun əldə etdiyi hidrogenin sahib olduğu şərait incələndiyi zaman Böyük Partlayışdan 180 milyon il sonra ulduzların yaydığı işıqlar və hidrogenin reaksiyaya girdiyi ehtimal edilir.

Kainatın yaşı 13.9 milyard ildir. İlk Ulduzlar Günəşdən 9 milyard il əvvəl yanaraq sönüblər. Məlumatlara əsasən, kainat əvvəlcə çox soyuq, yəni mənfi 270 dərəcədə olub. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31