Nazir: "Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"
NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.
2 Mart 2018 16:29 SiyasətNATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.
Nazir qeyd edib ki, Monteneqro tərəfdaşlarla əməkdaşlıq yolu ilə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına öz töhfəsini verməkdə davam edəcək:
"Monteneqro, həmçinin ATƏT-in Minsk qrupunun səyləri və BMT qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində yüksək səviyyəli konstruktiv dialoqun dəstəklənməsini davam etdirəcək". Trend.az