Azad və demokratik seçki çağırışı edənlərə xatırlatma

Bu il Cənubi Qafqazda seçki ilidir desək yanılmarıq. Regionun iki respublikası prezident seçkiləri keçirərək ölkənin bir nömrəli postunun sahibini müəyyən edir. Söhbət Azərbaycan və Ermənistandan gedir. Eyni zamanda şimal qonşumuz da president seçkiləri ərəfəsindədir. Bu ölkədə Kremlin yeni sahibinin müəyyən ediləcəyi tarixə sayılı günlər qalıb.

Yaxud Ermənistanda prezident təyinatını demokratik, Azərbaycandakı seçkiqabağı mühiti isə antidemokratik hesab edənlərin "obyektivliyi"

Bu il Cənubi Qafqazda seçki ilidir desək yanılmarıq. Regionun iki respublikası prezident seçkiləri keçirərək ölkənin bir nömrəli postunun sahibini müəyyən edir. Söhbət Azərbaycan və Ermənistandan gedir. Eyni zamanda şimal qonşumuz da president seçkiləri ərəfəsindədir. Bu ölkədə Kremlin yeni sahibinin müəyyən ediləcəyi tarixə sayılı günlər qalıb.

Bu birmənalıdır ki, bu və ya digər ölkədə keçirilən istənilən seçki daxili auditoriya ilə yanaşı beynəlxalq ictimaiyyət, həmin ölkələrin yerləşdiyi coğrafiyada marağı olan iri güclər, eləcə də ölkələrin özünə nüfuz etməyə çalışan dövlətlər, ayrı-ayrı beynəlxalq təşkilatlar üçün maraqlı və maraqlı olduğu qədər də diqqətçəkici olur. Kimi sadəcə kənardan müşahdə etməklə bu prosesləri izləyir, kimisi də təsir dairəsini işə salaraq seçki prosesinə mane olmağa, onun nüfuzunu aşağı salmağa çalışır. Qeyd edək ki, Azərbaycana qarşı hər zaman bəlli qüvvələr tərəfindən sonuncu hərəkətlər tətbiq edilib. Bir qayda olaraq Azərbaycan dövləti, hakimiyyəti bu və ya digər seçkilərin zamanını elan edər-etməz həmin qüvvələr fəaliyyətlərində bir canlanma yaradaraq ölkəmizə qarşı kampaniyaya start verirlər. Hər zaman şerin nəqaratı kimi təkrar olunan fikirlər isə bu olur. Ölkədə normal seçki mühiti yoxdur, namizədlərə bərabər şərait yaradılmır, seçkilərin demokratikm keçiriləcəyi şübhə altındadır və s. və.i. Artıq bir neçə müddətdir ki, daha dəqiq desək ölkədə prezident seçkiləri elan edilən tarixdən ənənəvi fikirlərin təkrarçılığına rast gəlirik.

Ehtimal etmək olardı ki, yuxarıda adlarını qeyd etdiyimiz üç ölkədə, Rusiya, Azərbaycan və Ermənistanda president seçkiləri ard-arda olan zaman müddətində keçirildiyi üçün demokratiya, azad seçki, şəffaflıqdan dəm vuran həmin beynəlxalq güclər, təşkilatlar hər üç ölkəyə eyni prizmadan yanaşacaq. Nə qədər ədalətsiz və qərəzli yanaşma olsa belə, təqdim edəcəkləri hesabatlarda, verdikləri açıqlamalarda hər üç ölkənin seçkiqabağı mühiti, namizədlərə yaradılan şərait, imkanlar barədə təhlil aparıb bəyanat verəcəklər. Ancaq bu dəfə də ehtimalarımız özünü doğrultmadı. Əslində doğrulanacağını da zənn etmirdik. Çünki nədə olmasa həmin təşkilat və qurumlarda, mərkəzlərdə açıq və gizli formada Azərbaycana qarşı düşmənçilik hissi mövcuddur.

İndi isə bəzi beynəlxalq təşkilat və qurumların qeyri-obyektiv, qərəzli yanaşmalarını bir kənara qoyub hər üç ölkədə mövcud olan seçkiqabağı situasiya, mühitə diqqət yetirək.

Ermənistan-Prezident seçkisi kimi qələmə verilən şou artlq başa çatdı. Və gözlənildiyi kimi diplomat Armen Sərkisyan işğalçı ölkənin prezidenti seçildi. Əslində başqa şey də gözləmək mümkün deyildi. Ən azından ona görə də Ermənitan prezidenti olmaq arzusunda cəmi 1 nəfər vardı. Ona da arzu demək doğru olmazdı. Məcburi təyinat. Bəli, məhz təyinat. Çünki elə prezidentliyə namizədi də hazırda baş nazir postuna göz dikən prezident Serj Sərkisyan irəli sürmüşdü. Və Sərkisyanın diqtəsi ilə Ermənistan parlamenti bu ölkənin prezidenti təyin etdi. Beləliklə, işğalşı ölkədə seçki şousu başa çatdı. Ancaq bir beynəlxalq təşkilat və ya qurum ağzını açıb irad bildirmədi, etiraz etmədi ki, nə üçün Ermənistan "seçkiyə" cəmi bir namizədlə gedir. Məgər Ermənistanda bir başıpapaqlı yoxdur ki, seçki mübarizəsinə qoşulsun? Əslində var. Ancaq Sərkisyanın diktatorlara məxsus idarəçiliyindən dolayı Ermənistanda heç kim onun iradəsinı zidd gedə bilmir. Bu açıq-aşkar insanlarınb seçib-seçilmək hüququnun tapdalanması, pozulması olsa da, nədənsə bu qeyri-demokratiklik Qərbin, Avropanın demokratiya, azad seçki carçılarının diqqətindən yayınır. Əksinə ona demokratiklik donu geyindirilir.

Rusiya-Şimal qonşumuz da seçki ərəfəsindədir. Bu ölkədə də Azərbaycanda olduğu kimi Kremlə rəhbərlik etmək uğrunda bir neçı namizəd mübarizə aparsa, hər bir namizəd üçün bərabər şərait, imkanlar yaradılsa da, lakin Moskva da bu aralar Bakının taleyini yaşayır. Səbəb Qərbin, Birləşmiş Ştatların Moskvaya olan münasibətidir. Krımın işğalından bəri Qərbin əsas hədəflərindən biri də Kremldir və bu prosesə ayrı-ayrı təşkilat və qurumlar da cəlb edilir. Ciddi cəhdlə Rusiyada seçkiöncəsi qeyri-demokratik mühitin olduğu barədə fikir formalaşdırılır.

Azərbaycan-Aprelin 11-də keçiriləcək president seçkilərində ölkənin bir nömrəli postuna sahib olmaq üçün onlarla şəxs namizədliyini irəli sürüb. Ermənistandan fərqli olaraq seçkiyə Azərbaycan xalqı bir deyil, onlarla namizədlə gedir. Hər bir namizəd üçün də kifayət qədər, seçki qanunvericiliyinin tələblərinə uyğun şərait yaradılıb. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, prezidentliyə namizədlər müxtəlif siyasi düşərgələri əhatə edir. Aralarında müxalifət partiyasının liderləri də bitərəflər də. Hətta hakimiyyətə yaxınlığı ilı seçilən şəxslərdən də seçki prosesinə qatılan var. Belə olan halda isə Azərbaycanda seçkiqabağı mühiti qeyri-demokratik hesab etmək, indidən seçkinin nəticələrini şübhə altına almaq təkcə Azərbaycana qarşı olan qərəzli münasibəti ortaya qoymur. Bu eyni zamanda demokratiya, şəffaflıqdann dəm vuranların nə dərəcədə antidemokratik, qeyri-şəffaf fəaliyyətdə olduqlarını sərgiləyir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31