Bir gündə 8 əsgərin şəhid olduğu təpə ələ keçirildi
Afrinin terrorçulardan təmizlənməsi üçün TSQ tərəfindən başladılan və KSU-nun da (Könüllü Suriya Ordusu) qatıldığı əməliyyatlarda bu gün səhər Rako istiqamətində hücum edilib.
2 Mart 2018 15:21 DünyaAfrində Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatının 41-ci günü - dünən acı xəbərlərlə yadda qaldı
Afrinin terrorçulardan təmizlənməsi üçün TSQ tərəfindən başladılan və KSU-nun da (Könüllü Suriya Ordusu) qatıldığı əməliyyatlarda bu gün səhər Rako istiqamətində hücum edilib.

TSQ və KSU Afrinin Mesekanlı, Mamalı, Atamanlı kəndlərini terrorçulardan təmizləyərək, PKK-nın Suriya qolu olan YPG/PYD işğalındakı Rakonun girişinə çatıb. Bilal köy təpəsi də YPG/PKK və İŞİD-dən alınıb. Bununla da Raku şəhərinin mərkəzinə doğru irəliləmək asanlaşıb.

Əməliyyat zamanı dünən TSQ hərbiçilərinin terrorçularla atışmada 8 əsgərinin şəhid olduğu "1083 yüksəkliyi" də ələ keçirilib.

TSQ və KSU əməliyyatın ilk günündən bu ana kimi YPG/PKK-İŞİD-in işgalı altındakı Afrində biri şəhər mərkəzi, 91-i kənd, 6-sı qəsəbə və 21-i strateji dağ və ya təpə, biri YPG/PKK-ya aid hərbi baza olmaqla 120 ərazi ələ keçirib. Milli.az "Anadolu" agentliyinə istinadən xəbər verir.