Mavritaniya Prezidenti Azərbaycana gələcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavritaniya Prezidenti Amina Qurab-Fakim iştirak edəcək. Bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub. “OLAYLAR” xəbər verir ki, Mavritaniya Prezidentinin “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim “Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik” mövzusunda olacaq panel iclasda əsas mərizəçidir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunda ilk dəfə Mavritaniya Prezidenti Amina Qurab-Fakim iştirak edəcək. Bu məqsədlə xanım A.Qurab-Fakimin martın 15-18-də Azərbaycana səfəri nəzərdə tutulub. "OLAYLAR" xəbər verir ki, Mavritaniya Prezidentinin "İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması" mövzusuna həsr olunan VI Qlobal Bakı Forumunda çıxışı nəzərdə tutulub. Xanım Amina Qurab-Fakim "Kapitalizm: İqtisadi inkişaf və ətraf mühitin deqradasiyası arasındakı nisbətsizlik" mövzusunda olacaq panel iclasda əsas mərizəçidir.

Qeyd edək ki, biologiya sahəsində alim olan Amina Qurab-Fakim 2014-cü ildən Mavritaniyanın Prezidenti və Ali Baş Komandanıdır. O, ölkəsinin ilk qadın prezidentidir. Amina Qurab-Fakim uzun illər göstərdiyi elmi fəaliyətinə görə bir çox beynəlxalq mükafatlara, o cümlədən YUNESKO-nun qadın alimlər üçün təsis etdiyi mükafata layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31