Sarkisyanın seçki revanşı
Yayılan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların ləğv olunduğunu elan edib. Daha dəqiq, S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında sözügedən protokolların etibarsız hesab olunduğunu bəyan edib.
2 Mart 2018 14:32 DünyaProtokolun ləğvi hansı məqsədi güdür?
Yayılan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların ləğv olunduğunu elan edib. Daha dəqiq, S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında sözügedən protokolların etibarsız hesab olunduğunu bəyan edib. Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqında protokollar 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmamışdı. Əslində isə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildən dayandırılmışdı. Məlumat üçün qeyd edək ki, dəfələrlə tərəflər sözügedən protokolda nəzərdə tutulan müddəaların icra edilməməsinə görə bir-birlərinə qarşı ittihamla çıxış ediblər. Maraqlıdır, bəs iki dövlət arasında münasibətlərin normallaşması haqqında protokolda hansı müddəalar nəzərdə tutulub?
Xatırladaq ki, ötən əsrin əvvəllərindən başlanan Ermənistanın Türkiyəyə qarşı torpaq və soyqırımı iddiaları İkinci Dünya Müharibəsindən sonra da davam edib. SSRİ-nin dağılması ilə ortaya çıxan Ermənistan özünü əvvəlki Ermənistan Respublikasının (1918-1920) varisi elan edib. 1991-ci ildə "müstəqilliyini" qazanan Ermənistan Türkiyə-Ermənistan sərhədlərini müəyyən edən Qars müqaviləsini tanımadı və soyqırım iddialarını davam etdirdi. Ermənistanın Türkiyəyə qarşı tələbləri və Azərbaycan torpaqlarını işğal etməsi Türkiyənin Ermənistanla sərhəddini bağlaması ilə nəticələndi. 2002-ci ildən sonra isə ikitərəfli münasibətlərdə yeni bir dövr başladı. Sadəcə Ermənistana qarşı deyil, eyni zamanda Türkiyədə yaşayan ermənilərə qarşı da atılan birtərəfli addımlara "normallaşma prosesi" adı verildi. Bu normallaşma prosesi 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması üçün protokolların imzalanması ilə nəticələndi. Protokolların imzalanmasına baxmayaraq, Türkiyə ilə Ermənistan arasında mübahisələr bitmədi. Mübahisələr ortadan qalxmadığı üçün protokollar da təsdiqlənmədi.
Qeyd edək ki, XX əsrin 90-cı illərində Türkiyə-Ermənistan münasibətlərində Ermənistanın Türkiyəyə qarşı tələbləri və bu ölkənin Dağlıq Qarabağı işğal etməsi vacib rol oynamışdır. SSRİ dağılmamışdan əvvəl Türkiyə Dağlıq Qarabağ məsələsini SSRİ- nin daxili işi kimi qəbul edirdi. SSRİ dağıldıqdan sonra isə Türkiyə birinci mərhələdə Dağlıq Qarabağ məsələsində tərəfsiz qalaraq Ermənistan ilə Azərbaycan arasında vasitəçi olmaq istəyini ortaya qoydu. Hətta Türkiyə qısa bir müddət Ermənistan və Azərbaycanla bu məsələni müzakirə etmişdi. Lakin Türkiyənin tərəfsiz vasitəçi olma cəhdləri çox çəkmədi, Ermənistanın işğalı davam etdirməsinə adekvat olaraq türk xalqının hökumət üzərindəki təzyiqi Ankaranın daha çox Bakını dəstəkləməsinə gətirib çıxardı. Xüsusən, Dağlıq Qarabağın ətraf rayonlarının işğala məruz qalması Türkiyə ictimaiyyətində Ermənistana qarşı sərt reaksiyaların ortaya çıxmasına səbəb olmuşdu. Hökumət isə öz növbəsində Türkiyə ictimaiyyəti arasında artan bu narazılıqlar qarşısında Ermənistan siyasətini sərtləşdirsə də real addımlar atmağa tələsmirdi. Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra Türkiyə mərhələli olaraq bu ölkəyə qarşı nəzərəçarpacaq sərt addımlar atmağa başladı. İlk əvvəl, Türkiyə SSRİ-nin mövcud olduğu dövrdə belə açıq olan Əlican sərhəd-keçid məntəqəsini bağladı, 1993- cü il aprelin 5-də xarici işlər naziri Hikmət Çətin Türkiyə üzərindən Ermənistana keçən bütün humanitar yardımların dayandırıldığını və icazəsiz keçmək istəyən təyyarələri vuracaqlarını açıqladı. Bunun ardınca Türkiyə ilə Ermənistan arasındakı dəmiryolu da bağlandı. Türkiyə sərhədləri Dağlıq Qarabağda işğalın davam etməsi səbəbindən bağlasa da, sonralar sərhədləri açmaq üçün başqa şərtlər də irəli sürməyi məqsədəuyğun hesab etdi. Beləliklə Türkiyənin Ermənistanla sərhədlərini açmaq üçün irəli sürdüyü şərtlər aşağıdakılardan ibarətdir. İlk növbədə Ermənistan 1915-ci il hadisələrini beynəlxalq aləmdə "soyqırım" kimi tanıtma siyasətindən əl çəkməli, o hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq verməlidir; Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməməli və Ağrı dağının təsvirini bayrağından çıxarmalıdır; Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməlidir; Naxçıvan-Azərbaycan yolunu açmalıdır.
Digər bir məqam ondan ibarədtdir ki, sözügedın protokolun Türkiyə-Azərbaycan münasibətləri və ümümulikdə regional təsirləri nədən ibarətdir? Ekspertlər hesab edirlər ki, sözügedən protokolum imzalanması təsadüf nəticəsində ortaya çıxmayıb. 2007-ci ildə İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında aparılan gizli danışıqlar, 2008-ci ilin sentyabr ayında prezident Abdlla Gülün futbol diplomatiyası çərçivəsində Yerevana gedərək matçı izləməsi, ardınca ABŞ prezidenti Barak Obamanın 2009-cu ilin əvvəllərində Türkiyəyə səfərindəki çıxışı, sonra isə 2009-cu il aprelin 22-də Türkiyə ilə Ermənistan arasında yol xəritəsinə dair anlaşmanın imzalanması nəticəsində protokola imza atılıb. Protokolda göstərilir ki, sənədin qüvvəyə minməsindən iki ay sonra orta sərhədin açılması məsələsində Türkiyə və Ermənistan razılığa gəlib. Türkiyə və Ermənistan bu protokolları imzalayaraq, bildirir ki, iki ölkə arasında dipolomatik münasibtələr qurulur və iki ölkənin əlaqələri bundan sonra genişləndiriləcək. Bunun üçün bir vaxt cədvəli də müəyyən edilmişdi. Belə ki, altı həftə iş aparıldıqdan sonra protokol Türkiyə Böyük Millət Məclisinə təqdim edilməli və burada təsdiq edildikdən sonra 2 ay ərzində qüvvəyə minəcəkdi. Bundan 2 ay sonra isə Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılması məsələsi gündəmə gəlməli və sərhədlər açılmalı idi. Lakin ötən müddət ərzində Ermənistan müxtəlif bəhanələrlə protokolda əksini tapmış müddəaların icrasından yayınıb. Əvəzində Türkiyəni protokolun müddəalarını icra etməməkdə ittiham edib. Ekspertlərin qənaətinə görə, Ermənistan bu kimi məsələlərdən tarixən dövlət maraqları üçün istifadə edib. Bu dəfə isə atılan addım Serj Sərkisyanın şəxsi maraqlarına-prezident seçkilərinə hesablanıb. Odur ki, atılan bu addımı sadəcə siyasi oyun kimi dəyərləndirmək yerinə düşərdi.
Alim