İranın Afrin dilemması

Türkiyənin “Zeytun budağı” əməliyyatı bir aydan artıqdır ki, davam edir. Artıq Afrin Türkiyə Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb, PYD və PKK qüvvələrinin Türkiyə ilə təmasları kəsilib. Qızğın döyüşlər davam etməkdədir. Türkiyənin son məqsədi isə hələ məlum deyil. Döyüşlər Afrinlə bitəcəkmi, yaxud, Türkiyə Suriyanın digər iki sərhəd rayonunu da Afrinə qatacaq? Eyni zamanda, Afrin məsələsində Türkiyənin müttəfiqləri qismində çıxış edən ölkələr tərəfindən – Rusiya və İran tərəfindən hansı reaksiyalar gəlməkdədir? Bu reaksiyaların bildiyimiz kimi “Zeytun budağı” hərəkatının başlanması və gedişində böyük təsiri vardır.

Rusiyanın Suriyaya fəal müdaxiləsi prezident seçkilərindən sonraya qalıb

Türkiyənin "Zeytun budağı" əməliyyatı bir aydan artıqdır ki, davam edir. Artıq Afrin Türkiyə Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb, PYD və PKK qüvvələrinin Türkiyə ilə təmasları kəsilib. Qızğın döyüşlər davam etməkdədir. Türkiyənin son məqsədi isə hələ məlum deyil. Döyüşlər Afrinlə bitəcəkmi, yaxud, Türkiyə Suriyanın digər iki sərhəd rayonunu da Afrinə qatacaq? Eyni zamanda, Afrin məsələsində Türkiyənin müttəfiqləri qismində çıxış edən ölkələr tərəfindən - Rusiya və İran tərəfindən hansı reaksiyalar gəlməkdədir? Bu reaksiyaların bildiyimiz kimi "Zeytun budağı" hərəkatının başlanması və gedişində böyük təsiri vardır. Hələlik yaranan suallar barədə siyasi ekspertlr fərziyyələr irəli sürməkdədirlər. Politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiya hələlik Suriyada cərəyan edən hadisələrlə bağlı ciddi etiraz nümayiş etdirmir. Hiss olunur ki, əməliyyat bu ölkə ilə razılaşdırılmış istiqamətdə gedir. Digər tərəfdən, Rusiyanın daxilində Prezident seçkilərinə hazırlıqla əlaqədar Suriyaya ciddi diqqət ayırmaq vaxtı deyil. Rusiya prezident seçkilərindən təxminən bir ay sonra fəal müdaxiləyə girişəcək. Ona qədər Türkiyə yəqin ki, öz missiyasını başa çatdırmış olacaq. Onun sözlərinə görə, Türkiyənin başladığı əməliyyatdan ən çox narahat olan region ölkəsi İrandır. Baxmayaraq ki, Orta Şərqlə bağlı bəzi məsələlərdə İran Türkiyə və Rusiyanın yanında yer alır, lakin onun şəxsən özünə aid olan ambisiyaları mövcuddur: "İran nə Rusiya, nə də Türkiyənin Suriyadakı vəziyyətə nəzarət etməsini həzm etmək fikrində deyil. Onun Suriyada öz hərbi, siyasi, geopolitik maraqları var və bu maraqların arxasından çəkinmir. Bu maraqlar Rusiya və Türkiyənin maraqları ilə üst-üstə düşmədikdə İran əsil simasını açıb göstərir. Afrin məsələsinə gəldikdə, İran əvvəldən bu əməliyytın Türkiyə tərəfindən başlanmasına ürəkdən razı deyildi. O, Türkiyənin İranda baş verən iğtişaşlarda neytral qalmasına cavab olaraq özünü sakit saxladı. Amma yeri gəldikcə Türkiyənin Suriya sərhədlərini keçməsini tənqid edən çıxışlar səsləndirməyə başladı. Hətta, Bəşər Əsədlə danışığa gedərək Afrinə şiə milislərindən ibarət qoşun birlikləri yeritməyə cəhd etdi. Lakin Türkiyənin vaxtında xəbərdarlığı qarşısında geri çəkilməyə məcbur oldu".

Belə halda maraqlı sual yaranır, Türkiyənin "Zeytun budağı" əməliyyatrı İranı nədən bu qədər narahat edir? Politoloq bildirib ki, Rusiya və İranla eyni siyasət yeritməyə çalışan Türkiyə bu iki ölkədən fərqli olaraq Bəşər Əsədin hakimiyətdən uzaqlaşdırılmasının və orada yenidən seçki keçirilməsinin tərəfdarıdr. Ərdoğan Suriyadakı vəziyyətə həsr etdiyi bütün çıxışlarında bunu vurğulayır. Ərdoğanın hakimiyyət dəyişikliyi ilə əlaqədar çıxışlarına Rusiya tərəfindən ciddi etirazın olmaması onu sübut edir ki, bu ölkədə də Bəşər Əsədin dövrünün sona çatdığını dərk edirlər. Digər tərəfdən, Rusiya üçün Suriyada hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Təki Rusiyaya qarşı münasibətdə loyal olsun və onun maraqlarını bu olkədə və regionda qorusun: "Buna baxmayaraq, Rusiya İrandan fərqli olaraq, Suriyada yerləşdirdiyi bazaları ilə uzun müddətə bu məsələni həll etmiş durumda görünür. Yəni, Suriyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Rusiyanı bu ölkədən çıxarmaq ən azı əlli il mümkün olmayacaq. Lakin, Bəşər Əsədin hakimiyyətdə qalması İran üçün prinsipial məsələdir. Birincisi, ona görə ki, Suriya İranın ən çətin günlərində, xüsusilə İran-İraq müharibəsi zamanı onun yanında olub və ona hərbi, iqtisadi, siyasi yardımlar edib. İkincisi, Türkiyəyə qarşı İran və Suriya bütün dövrlərdə eyni siyasət yeridiblər. Konkret olaraq kürd hərbi birləşmələrini birgə yönəldiblər ki, bununla da Türkiyədən qaçan terroristlər Suriyada, bu mümkün olmadıqda İranda sığınacaq tapıblar. Üçüncüsü, Türkiyənin Suriyanın içərilərinə irəliləməsi İranın burada manevr imkanlarını zəiflədir, İran Suriyadakı qüvvələrinə Türkiyənin mövcudluğu şəraitində lazım olan səviyyədə nəzarət edə bilməyəcək. Dördüncü, Hizbullah, Hamas kimi İran tərəfindən idarə olunan qüvvələrlə təmas qurulmasında Suriyanın ərazisı istənilən səviyyədə istifadə oluna bilməyəcək. Nəhayət, İran və eləcə də Rusiya Türkiyənin öz oyununu oynadığına hələ də inanmır. Onlar yenə də Türkiyənin hərəkətlərinə şübhə ilə yanaşır və hesab edirlər ki, onun arxasında Amerika dayanır. İranın məntiqinə görə Amerika Suriyanın parçalanması haqqında planlarını özü həyata keçirə bilmədiyinə görə bu işi Türkiyəyə həvalə edib. Türkiyə müvafiq şərtlər daxilində bu oyuna qoşulub. Sonda Amerikanın regionu bölmə planında Türkiyəyə də pay ayrılacaq. Sadalanan amillər deməyə əsas verir ki, İranın Suriya məsələsində qorxu və şübhələri yetərincədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31