Gəncədə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq konfrans keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş "Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı" mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans işə başlayıb. "Olaylar" xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi tarixi hadisədir. Dövlətimizin başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Elmar Vəliyev qeyd edib ki, qədim tarixə malik Gəncə zəngin elm-təhsil, mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də türk-müsəlman Şərqində birinci parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olub. Milli Şuranın, hökumətin ilk iclasları bu şəhərdə keçirilib, mühüm qanunlar qəbul edilib, taleyüklü qərarlar verilib. Onlardan biri də Azərbaycan Milli Ordusunun təşkilinə başlanması idi. Nəhayət, ilk alay formalaşdırıldı, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak işğalından azad etdi. Beləliklə, Gəncədə güc-qüvvə toplayan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçə bildi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dövlətimizin başçısı tərəfindən bu ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiqləyib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Görülmüş işlər fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlayır. Bu gün qadınların göstərdiyi fəallıq bir tərəfdən çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən dövlətin qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31