Kadırov Putinin təqdim etdiyi nüvə silahına ad təklif etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin ötən gün təqdim etdiyi qanadlı raketləri və nüvə enerjisi təminatlı sualtı sistemləri Suriyada ölən rus hərbçilərin şərəfinə adlandırmağı təklif edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin ötən gün təqdim etdiyi qanadlı raketləri və nüvə enerjisi təminatlı sualtı sistemləri Suriyada ölən rus hərbçilərin şərəfinə adlandırmağı təklif edib. Bu barədə Kadırov "Teleqram" kanalında yazıb. "Mən öz versiyamı təklif etmək istəyirəm. Raketi Suriyada həlak olanların - terrorçuların əhatəsində özünü partladaraq onlara "Bu da sizə - bizim uşaqlara görə" deyən Rusiya qəhrəmanı Roman Filippovun, terrorçular aşkarladıqdan və mühasirəyə alındıqdan sonra atəşi özünə yönəldən xüsusi təyinatlı qüvvələrin baş leytenantı Aleksandr Proxorenkonun, Türkiyənin vurduğu təyyarənin pilotu polkovnik-leytenant Oleq Peşkovun və digər uşaqların şərəfinə adlandıraq", - Kadırov yazıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Federal Şuranın iclası keçirilib. İclasda yeni raket kompleksləri, qanadlı raketlər üçün nüvə təchizatı, döyüş lazer kompleksləri və s. yeni nəsil silahlar nümayiş olunub. Putin analoqu olmayan son nüvə silahına hələ ad verilmədiyini də bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31