Səudiyyə Ərəbistanında dəvələr çiplənəcək
Səudiyyə Ərəbistanı hökuməti ölkədə ən çox yayılmış ev heyvanı olan dəvələrə çiplərin vurulmasını tətbiq edib. Məlumata görə, yeni qərara əsasən, dəvələr mütləq şəkildə çiplənəcək.
2 Mart 2018 14:10 DünyaSəudiyyə Ərəbistanı hökuməti ölkədə ən çox yayılmış ev heyvanı olan dəvələrə çiplərin vurulmasını tətbiq edib. Məlumata görə, yeni qərara əsasən, dəvələr mütləq şəkildə çiplənəcək.
Qeyd olunur ki, hazırda ölkədə 1,4 milyon dəvə saxlanılır. Bu addım ərzaq təhlükəsizliyinin təmin olunması üçün tətbiq olunur. Bundan başqa, çipləmə xəstəliklərin yayılmasının qarşısını ala bilər. Xatırladaq ki, bir neçə il əvvəl Səudiyyə Ərəbistanında ev heyvanları arasında koronavirus qeydə alınmışdı. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31