VI Könüllülük Proqramına start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. “OLAYLAR” İdarəyə istinadən xəbər verir ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Könüllülük Proqramına qatılmaq arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir. "OLAYLAR" İdarəyə istinadən xəbər verir ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü kimi fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

VI Könüllülük Proqramına qatılmaq istəyən gənclərdən tərcümeyi hallarını 2-16 mart 2018-ci il tarixlərində [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31