Messidən daha bir İNANILMAZ REKORD
"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı keçirən matçda əlamətdar gün yaşayıb. Argentinalı oyunçu matçda komandasının yeganə, karyerasının isə 599 qoluna imza atıb. Bununla Messi qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb.
2 Mart 2018 13:35 İdman"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı keçirən matçda əlamətdar gün yaşayıb. Argentinalı oyunçu matçda komandasının yeganə, karyerasının isə 599 qoluna imza atıb. Bununla Messi qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb.
Maraqlısı odur ki, bu rekord elə Messinin özünə aid idi. Rekord siyahısında Messidən sonra "Real"ın sabiq hücumçusu Raul Qonzales (33 stadion) qərarlaşıb. Bu da o deməkdir ki, Messi bu göstəricidə karyerasını davam etdirən yeganə oyunçudur. Publika.az "Sportboks"a istinadən xəbər verir.