Qarasu başqanı: "Ankara bizim üçün nədirsə, Bakı da odur"
Millət vəkili Qənirə Paşayeva Qarasuda Xocalı soyqırımı abidəsinin açılışında dünya ictimaiyyətini “Xocalıya ədalət” kampaniyasına dəstək verməyə çağırıb. Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş məlumatlar verib.
2 Mart 2018 12:53 SiyasətMillət vəkili Qənirə Paşayeva Qarasuda Xocalı soyqırımı abidəsinin açılışında dünya ictimaiyyətini "Xocalıya ədalət" kampaniyasına dəstək verməyə çağırıb. Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə geniş məlumatlar verib. Deputat Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlarını kəskin qınayıb. Tədbirdə çıxışına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri ilə başlayan Qarasu bələdiyyə başqanı Məhməd İspiroğlu Azərbaycanın qardaşdan da irəli gördüklərini vurğulayıb: "26 fevral 1992-ci ildə 613 şəhid verdiyimiz Xocalı soyqırımını - insanlıq əleyhinə olan hadisəni unutmadıq, unumayacağıq. Cənab Prezident Ərdoğanın da hər zaman dediyi kimi, biz Azərbaycanla sözdə deyil, özdə iki qardaş millətik. Ankara bizim üçün nədirsə, Bakı da bizim üçün odur. Bütün dünya bilsin ki, Azərbaycan və Türkiyə iki dövlət, amma bir millətdir. Azərbaycanlı qardaşlarımızn əlinə tikan batsa, bizim canımız yanar. Haqlı mübarizəsində Türkiyə Azərbaycanın yanındadır, yanında olmağa da davam edəcək. Hamımızın üzərinə düşən vəzifə gələcək nəsillərə bu qardaşlığı daha yaxşı anlatmaqdır. Son zamanlar yaşadığımız olaylarda bir millət olduğumuzu daha yaxşı anladıq. Bu birliyimizi ifadə edən qardaşlığımızın bir nişanı olaraq Xocalı parkımızın açılışını bir yerdə həyata keçiririk. Bu tarixi yaddaşımızı canlı tutmaq və yaşadığımız acıları unutdurmamaq üçün bu parkın olması önəmlidir".
Tədbirdə həmçinin Türkiyə-Azərbaycan Federasiyasının Sakarya təmsilçisi Aqil Bağırov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbəri Bilal Dündar, Bakı şəhər Nəsimi rayin icra başçısının müavini Gülarə Verdiyeva, Azərbaycan qazisi Azər Quliyev də çıxış ediblər. Axar.az