Gündəm
Ərdoğan: Türkiyə qoşunları Mənbicə doğru hərəkət edir
Türkiyə Silahlı Qüvvələri Mənbic istiqamətində hərəkət edir. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, ABŞ Mənbicin azad olunması məsələsində Türkiyəni dəstəkləməyəcək. Prezident onu da deyib ki, ABŞ bu prosesdə Türkiyəni dəstəkləsəydi, regionun terrorçulardan təmizlənməsi daha tez başa çatardı. “Zeytun budağı” əməliyyatından danışan R.T.Ərdoğan bildirib ki, Türkiyə qoşunları hazırda Suriyanın Afrin rayonunda 1320 kvadrat kilometr əraziyə nəzarət edir.
Gürcüstanı “nəzarətdə saxlayan” erməni oğru həbs edildi
Tiflisin İsani rayonunda əslən erməni olan qanuni oğru Aramais Qriqoryan həbs edilib. Bu barədə informasiyanı “Rustavi 2” televiziyası yayıb. Qriqoryanın kriminal avtoritet və fırıldaqçılıqla məşğul olduğuna görə həbs edildiyi açıqlanıb. Qanuni oğru ilə bərabər, qardaşı Qriqor Qriqoryan da yaxalanıb.
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.
Zahid Oruc Allahşükür Paşazadəyə müraciət etdi
“Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan və yönləndirilən şəxslər təkcə Azərbaycan dövlətinə qarşı deyil, ölkənin hər bir insanına qarşı çıxmış olurlar”.
Binəqədidə daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır
Binəqədi rayonunda daha bir yol əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. söhbət 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsindən gedir.
İnternat məktəbində bayram şənliyi keçirilib
Martın 16-da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibəti ilə şənlik keçirilib. “OLAYLAR” xəbər verir ki, Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər.
Hillari Klinton Hindistanda xəstəxanaya düşdü
ABŞ-ın keçmiş dövlət katibi və ötən prezident seçkilərində namizəd olmuş Hillari Klinton Hindistanda xəstəxanaya yerləşdirilib. H.Klinton Hindistanın Racasthan ştatında dünyanın ən bahalı iqamətgahlarından olan Umayd-Bhavan kompleksində hotelin vanna otağında yıxılıb. Nəticədə H.Klintonun biləyi sınıb.
Regionların sosial-iqtisadi inkişaf proqramları yeni iş yerlərinin açılmasına təkan verir
Regionların sosial-iqtisadi inkişafı proramlarının icrası respublikanın əksər rayonlarının iqtisadi inkişafını təmin etməklə yanaşı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olub. Xüsusən, bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafı ümumilikdə ölkənin ixrac potensialının artması ilə nəticələnib.
“Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır
“Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur ki, “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır.
Amerikanın ikili standartları separatizmə dəstək fonunda
Azərbaycanı regionda özünün əsas tərəfdaşı hesab edən əksər ölkələr heç də bütün hallarda tərəfdaşlıq münasibətlərinə əməl etmir, bir çox məsələlərdə ölkəmizə qarşı ikili standartlardan çıxış edirlər. Bu ədalətsiz yanaşmaya həm Avropa mıəkanında, həm də okeanın o tayında rast gəlmək mümkündür.
Şimali İraqda hava hərəkatı: 10 terrorçu öldürülüb
Azərbaycanın regional sabitliyin qorunmasındakı rolu yüksək qiymətləndirilir
Azərbaycan tərəfinin müntəzəm olaraq irəli sürdüyü təşəbbüslər, həmin təşəbbüslərin reallaşdırılması məqsədilə atdığı addımlar həm regional, həm də beynəlxalq aləmdə sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İstər siyasi, istər, iqtisadi, istərsə də humanitar səhələri əhatə edən bu təşəbbüslər dünya birliyi, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilir, yüksək qiymətləndirilir.






.jpg)







