Binəqədidə daha bir küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılır
Binəqədi rayonunda daha bir yol əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki. söhbət 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsindən gedir.
16 Mart 2018 17:32 SosialBinəqədi rayonunda daha bir yol əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki. söhbət 1076 metr uzunluğa malik və Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu Builəcəri-Binəqədi yolu ilə (4-cü qapı küç.) birləşdirən 4-cü döngə küçəsindən gedir. Sözügedən küçədə səth sularının axıdılması üçün nəzərdə tutulan sistemin olmaması, küçə boyu tikilən evlər səbəbindən yağış sularının axınının qarşısının kəsilməsi nəticəsində intensiv yağıntıla zamanı küçə su ilə dolurdu. Bu isə küçə boyu hərəkəti iflic edirdi, üstəlik yol örtüyünü və torpaq yatağını sıradan çıxarırdı. Küçə ilə normal hərəkətin təmin olunması və sadalanan problemlərin tam olaraq aradan qaldırılması məqsədi ilə Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verildi.
Növbəti mərhələdə yol əsası inşa ediləcək və küçəyə 2 laydan ibarət asfalt-beton örtüyü döşənəcək. Daha sonra zəruri yol nişanları quraşdırılmaqla və yolun üfüqi xətlənməsi işləri görülməklə küçə tam yeni və müasir görkəmdə istifadəyə veriləcək.