Gündəm

Robot basketbolçu yaradılıb- VİDEO

16 Mart 2018 18:45

Yaponiyanın “Toyota” şirkətinin mühəndislər qrupu sərbəst basketbol atışlarını dəqiqliklə yerinə yetirən “Cue” adlı insanabənzər robot yaradıb.

“Windows” sistemi süni intellektlə təchiz ediləcək

16 Mart 2018 18:35

“Windows 10” əməliyyat sisteminin buraxılışı yaza planlaşdırılan növbəti böyük yenilənməsinə tərtibatçılara mobil proqramları süni intellekt funksiyaları ilə təchiz etməyə imkan verəcək yeni “Windows ML” platforması daxil olacaq. Hesablamalar lokal şəkildə - kompüterdə aparılacaq ki, bu da “bulud” saxlanclarının gücünün qənaətinə şərait yaradacaq.  

“Raspberry Pi” minikompüterinin texniki xüsusiyyətləri təkmilləşdirilib

16 Mart 2018 18:30

Böyük Britaniyanın “Raspberry Pi Foundation” təşkilatı 35 dollarlıq “Raspberry Pi” minikompüterinin yeni modelini satışa çıxarıb. Yeni “Raspberry Pi 3 Model B+” qurğusunun təkmilləşdirilən texniki xüsusiyyətləri kimi 1,4 QHs takt tezlikli (Pi 3 modelində bu göstərici 1,2 QHs tezlikli BCM2837 prosessor təşkil edir) dördnüvəli “Broadcom BCM2837B0” prosessorunu, ikidiapazonlu “Wi-Fi” şəbəkəsini və sürətləndirilən “Ethernet” lokal şəbəkə texnologiyasını qeyd etmək olar.

Prezident İlham Əliyev Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib (SİYAHI)

16 Mart 2018 18:28

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Qaşıq, çəngəl, bıçaq necə yaranıb? – MARAQLIDIR

16 Mart 2018 18:20

Gündəlik həyatda çox istifadə etdiyimiz və yemək yeməyimizə kömək edən qaşıq, çəngəl, bıçağın tarixi ilə heç maraqlanmısız? Necə yaranıblar və necə oldu ki, süfrələrimizdə əsas yeri tutdular? Ailem.az bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.

Bu qidalar qan təzyiqini yüksəltmir - SİYAHI

16 Mart 2018 18:15

Hazırda demək olar ki, əksər şəxslər yüksək təzyiqdən şikayət edir. Həddindən artıq çəki, siqaret, stress və ürək narahatlıqları yüksək təzyiqin yaranmasına səbəb olur. Təzyiqin uzun müddət yuxarı olması beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur. Bu cür insanların sakit və normal bir həyata sahib olması vacibdir.

Türk sənətçilər Afrin türküsü hazırlayır

16 Mart 2018 18:11

Türk sənətçilər Afrinə həsr edilmiş türkü hazırlayır. Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın danışıb.

“iPhone” smartfonlarının buraxılışı dayandırılıb

16 Mart 2018 18:10

ABŞ-ın “Apple” şirkətinin Çində yerləşən zavodunda “iPhone” smartfonlarının istehsalı ikihəftəlik müddətə dayandırılıb.

Yaponiyada tıxac problemi qeyri-adi üsulla həll ediləcək

16 Mart 2018 18:05

Yaponiya hökuməti nəqliyyat tıxacı problemlərinin həlli məqsədilə uçan taksilərin hazırlanmasına dəstək nümayiş etdirəcək. Bu barədə “NHK” telekanalının məlumatında deyilir.

Milli Məclis hökumətin hesabatını təsdiq etdi

16 Mart 2018 18:03

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb. Məlumata görə, deputatlar hesabatı müsbət qiymətləndiriblər. Qeyd olunub ki, hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Hesabatda 2017-ci ildə Azərbaycanın əldə etdiyi nailiyyətlər əhatəli əks olunub və hökumətin fəaliyyəti təfsilatlı təsvir edilib. Müzakirələrdən sonra hesabat səsə qoyularaq təsdiq edilib.

Qəzada yaralanan şagird Bakıya göndərildi

16 Mart 2018 18:02

Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 5 şagirddən 1-i evə buraxılıb. Qalan 4 xəstədən digər 1-i isə Bakıya göndərilib.

ABŞ-ın Qarabağ siyasəti "mavi"nin ümidinə qalıb: Vaşinqtonda erməni şousu

16 Mart 2018 18:00

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan 4 nəfərlik dəstəsi ilə ABŞ-dadır. O, Ermənistanın ABŞ-dakı səfiri Qriqor Hovannisyanla görüşüb, daha sonra Milli Maraqlar Mərkəzində (Center for the National Interest, CNİ) görüş keçirib.

Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb

16 Mart 2018 17:57

Azərbaycan gimnastı Yuliya İnşina Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə finala çıxıb. Məlumata görə, təsnifatın yekunundan Y.İnşina 12,533 xalla dördüncü yeri tutub. Bu növdə finala, həmçinin Ana Derek (Xorvatiya), Göksu Uctaş Şanlı və Demet Mutlu (Türkiyə), İoanna Ksuloqi və Evelina Maqia (Yunanıstan), Tyaşa Kiseleff (Sloveniya) və Yana Fyodorova (Ukrayna) vəsiqə qazanıb.