Gündəm
Mübariz Qurbanlı Misir səfiri ilə görüşdü
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb. Səfirlikdən Olaylar.az -a bildirilib ki, görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub. Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ərdoğanla NATO-nun baş katibi arasında telefon danışığı oldu
Öz dövrünün ən yaraşıqlı aktyorunun SON HALI görənləri məyus edir - FOTOLAR
Bir vaxtar yaraşığı, eşq macəraları və evlilikləri ilə mətbuatın gündəmindən düşməyən amerikalı aktyor Byort Reynolds Nyu-Yorkdakı hava limanında görüntülənib.
Daxili İşlər Nazirliyinin əməkdaşı MMA üzrə Avrasiya çempionatında qalib gəlib
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirməsi Rəşad Vəliyev Gürcüstanın Rustavi şəhərində keçirilən MMA qarışıq döyüş növü üzrə Avrasiya çempionatında qalib gəlib. DİN-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan təmsilçisi 90 kiloqramdan artıq çəki dərəcəsində peşəkarların yarışında Avrasiya kəmərinin sahibi olub.
84 yaşlı beyinsiz qoca - HƏKİMLƏR ŞOKDA - FOTO
İrlandiyada həkimləri şoka salan hadisə baş verib. Baş ağrısı ilə xəstəxanaya müraciət edən yerli sakinin beyinsiz olduğu ortaya çıxıb.
Novruz tədbiri - BDU -da
Bakı Dövlət Universitetində “Türk xalqlarında Novruz” adlı tədbir keçirilib. Universitetdən Olaylar.az- a verilən məlumata görə, rektor Abel Məhərrəmov Novruzun tarixi kökləri haqqında danışıb, bu bayramı sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, təbiətin oyanışı kimi xarakterizə edib.
Bakıda 700 manata alça satılır
Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümü olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar. Amma market və bazarlarda bu meyvələr tapılsa da, qiymətləri yaya nisbətən bahadır. Alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.
Zavodda partlayış
Almaniyanın Brandenburq federal torpağında silah-sursatın zərərsizləşdirilməsi zavodunda partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb, daha bir nəfər isə itkin düşmüş sayılır. İlkin məlumata əsasən, partlayış binalardan birinin bir hissəsini zədələyib.
Bir qrup müəllimləri ilə görüş keçirilib
Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin bir qrup müəllimləri ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov görüş keçirib. Görüşdə müəllimlər sosial problemlərinin həllinin daima dövlətin diqqət mərkəzində olduğunu və onların pedaqoji fəaliyyətlərinin stimullaşdırılmasını qeyd ediblər və əmək haqqlarının artırılmasına görə ölkə başçısı Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Bakıda Novruz festivalı keçiriləcək
Martın 20-dən etibarən paytaxtda təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər iştirak edəcək. Fəvvarələr meydanında reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.
Hüseyn Cavidlə bağlı elmi konfrans
Böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı təşkil ediləcək.
Novruz Bayramı ADU -da
Azərbaycan Dillər Universitetində Novruz bayramına həsr olunan tədbirlər keçirilib. ADU-nun hər iki tədris binasında keçirilən tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib. Universitetin Akt zalında baş tutan tədbirin bədii hissəsində tələbələr musiqili konsert proqramı ilə çıxış ediblər.
Əmgəyin funksiyası nədir? – Nevroloqdan maraqlı izah
Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur.














