Sloveniyada dünyada ilk dəfə blokçeyn texnologiyasına abidə qoyulub

Sloveniyanın Kran şəhərində dünyada ilk dəfə blokçeyn texnologiyasına abidə qoyulub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, metal konstruksiyadan bitkoin loqotipi formasında hazırlanmış abidənin çəkisi 3 tondur.

Bu abidənin Kran şəhərində qoyulması təsadüfi deyil. Şəhərin meri Boştyan Trilyarın sözlərinə görə, yerli sakinlər kriptovalyutadan aktiv istifadə edirlər. Həmçinin şəhərdə blokçeynlə sıx bağlı olan yüksəktexnologiyalı biznes sahəsində fəaliyyət göstərən bir neçə şirkət var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31