Gündəm

Əli Həsənov mediaya çağırış etdi: "Aktiv olmalısınız" - FOTO

17 Mart 2018 20:53

Bu gün "Altun Saray"da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib. Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və digər media nümayəndələri iştirak ediblər.

Lotu Quli Moskvadakı həbsxanaya kimə görə zəng edib? – ŞOK DETALLAR

17 Mart 2018 20:51

Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb. Hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində "Lotu Quli"yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər. Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir.

Bakıda ət kəsimi yerləri ləğv edilir

17 Mart 2018 20:50

"Paytaxtda və ətraf regionlarda əhali və təsərrüfat sayına görə müxtəlif ət kəsimi məntəqələri açılacaq. Hazırda ölkə ərazisində qeyri-qanuni ət kəsimləri həyata keçirilir. Bu, gigiyenik cəhətdən heç bir normalara cavab vermir. Bunun qarşısını almaq məqsdəilə agentlikdə yeni layihələrin hazırlanması istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkə rəhbərliyinə göndəriləcək". Bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusundakı tədbirdə deyib.

“Qar kraliçası” təqdim olundu

17 Mart 2018 20:48

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın premyerası keçirilib. Olaylar.az bildirir ki, bir hissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlənilən Qar kraliçasından tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq tamaşada müəllifin bu nağılında olan böyük dramatizm səhnədə nümayiş olunur.

“ASAN həyat şənliyi” baş tutacaq

17 Mart 2018 20:44

Martın 18, 19, 25 tarixlərində Masallı, Mingəçevir və Quba “ASAN həyat” Komplekslərində Novruz şənliyi keçiriləcək. Olaylar.az bildirir ki, “ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı, ASAN Radio və Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik yerli sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

“Media və təhlükəsiz qida” mövzusunda brifinq 

17 Mart 2018 20:41

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media və təhlükəsiz qida” mövzusunda görüş keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Agentliyin vəzifəli şəxsləri və media nümayəndələri iştirak edib. Görüşün keçirilməsində məqsəd Qida Təhlükəsizliyi Agentliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını yaxından təmin etməkdir.

Azərbaycan kəlağayıları Vyanada

17 Mart 2018 11:22

Martın 16-da Vyanada ALMA qalereyasında Azərbaycan kəlağayılarına həsr olunmuş təqdimat keçirilib. Avstriyada yaşayan həmyerlimiz Arzu Karunun hazırladığı təqdimatda Azərbaycanda ənənəvi qadın baş örtüyü barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, bir çox Şərq və müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycan qadınları ipək saplardan toxunmuş və özünəməxsus naxışları olan baş örtüyünə - kəlağayıya üstünlük veriblər. Təqdimatda kəlağayının tarixi ilə yanaşı onun istehsal, rənglənmə və naxışlanma üsulları, həmçinin ağac və metal qəlib formaları barədə danışılıb, müxtəlif ölçülü və rəngli kəlağayılar nümayiş etdirilib.

Vaqif Mustafazadənin xatirəsi anıldı - Muğam Mərkəzində

17 Mart 2018 11:19

Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğam üslubunun yaradıcısı, Əməkdar İncəsənət Xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib. Tədbirdə V.Mustafazadə haqqında qonaqlara ətraflı məlumat verilib, onun Azərbaycan musiqisindəki xidmətlərindən danışılıb.

FTB-nin direktor müavini istefaya göndərildi

17 Mart 2018 11:15

ABŞ-ın ədliyyə naziri Ceff Seşns Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Endryu Makkeybi istefaya göndərib. E.Makkeyb 2016-cı il prezident seçkiləri ilə əlaqədar araşdırmalarda fəal iştirak edib. Eyni zamanda, o, dəfələrlə ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid olunub.

Bakıda KÜTLƏVİ DAVA - Bıçaqlananlar var

17 Mart 2018 11:14

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. Hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb. "Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Dream Doctors” layihəsinin təntənəli bağlanış mərasimi 

17 Mart 2018 11:12

Azərbaycan Tibb Univeristetinin Tədris-Cərrahiyə Klinikasında Bakıda səs salmış “Dream Doctors” layihəsinin təntənəli bağlanış mərasimi keçirildi. Tədbir zamanı ATU-nun rektoru Dr.Gəray Gəraybəyli, ADMİU-nun rektor prof. Fərəh Əliyeva və İsrailin Azərbaycandakı Səfiri Dan Stav çıxış etdilər. Ardınca ADMİU-nun “Kino və Televiziya” fakültəsinin magistr tələbəsi Azər Həsənov və “Sabah” mərkəzinin tələbəsi Tehran Aslanovun layihə boyu çəkdiyi və birgə hazırladıqları qısa metrajlı film nümayiş olundu. Daha sonra İsraildən dəvət olunmuş müəllimlər, professional aktyor və klounlar Penny Hanuka və Vitali Azarin, eləcə də ADMİU-nun bir neçə tələbəsi layihə haqqında öz təəssüratlarını bölüşdü. Sonra tələbələrə sertifikatlar təqdim edildi.

VI Qlobal Bakı Forumu işini davam etdirir

17 Mart 2018 11:05

Azərbaycan paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işini davam etdirir. Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Polis günahsız insanları yaraladı

17 Mart 2018 11:04

İtaliyanın paytaxtı Romada polisin açdığı atəş nəticəsində 49 yaşlı qadın və onun qızı yaralanıb. İnsident polis əməkdaşı şübhəli avtomobilə atəş açarkən baş verib.

Şəkidə 11-ci sinifdə oxuyan qız özünü güllələdi

17 Mart 2018 10:59

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib. Martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunu dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Keyfiyyətsiz yemək, təhlükəli ərzaq məhsulları - 7 restoran, kafe və bar BAĞLANDI

17 Mart 2018 10:58

Tbilisidə aparılan araşdırmalardan sonra müasir tələblərə cavab verməyən 7 restoran, kafe və bar bağlanıb. Buna həmin iaşə müəssisələrində normal şəraitin olmaması, verilən yeməklərin çox aşağı keyfiyyəti və bir sıra ərzaq məhsullarında insan sağlamlığı üçün zərərli maddələrin aşkar edilməsi səbəb olub.