“Dream Doctors” layihəsinin təntənəli bağlanış mərasimi 

Azərbaycan Tibb Univeristetinin Tədris-Cərrahiyə Klinikasında Bakıda səs salmış “Dream Doctors” layihəsinin təntənəli bağlanış mərasimi keçirildi. Tədbir zamanı ATU-nun rektoru Dr.Gəray Gəraybəyli, ADMİU-nun rektor prof. Fərəh Əliyeva və İsrailin Azərbaycandakı Səfiri Dan Stav çıxış etdilər. Ardınca ADMİU-nun “Kino və Televiziya” fakültəsinin magistr tələbəsi Azər Həsənov və “Sabah” mərkəzinin tələbəsi Tehran Aslanovun layihə boyu çəkdiyi və birgə hazırladıqları qısa metrajlı film nümayiş olundu. Daha sonra İsraildən dəvət olunmuş müəllimlər, professional aktyor və klounlar Penny Hanuka və Vitali Azarin, eləcə də ADMİU-nun bir neçə tələbəsi layihə haqqında öz təəssüratlarını bölüşdü. Sonra tələbələrə sertifikatlar təqdim edildi.

Azərbaycan Tibb Univeristetinin Tədris-Cərrahiyə Klinikasında Bakıda səs salmış "Dream Doctors" layihəsinin təntənəli bağlanış mərasimi keçirildi. Tədbir zamanı ATU-nun rektoru Dr.Gəray Gəraybəyli, ADMİU-nun rektor prof. Fərəh Əliyeva və İsrailin Azərbaycandakı Səfiri Dan Stav çıxış etdilər. Ardınca ADMİU-nun "Kino və Televiziya" fakültəsinin magistr tələbəsi Azər Həsənov və "Sabah" mərkəzinin tələbəsi Tehran Aslanovun layihə boyu çəkdiyi və birgə hazırladıqları qısa metrajlı film nümayiş olundu. Daha sonra İsraildən dəvət olunmuş müəllimlər, professional aktyor və klounlar Penny Hanuka və Vitali Azarin, eləcə də ADMİU-nun bir neçə tələbəsi layihə haqqında öz təəssüratlarını bölüşdü. Sonra tələbələrə sertifikatlar təqdim edildi.

İsrailin Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Tibb Universitetinin birgə hazırladığı bu layihədə ADMİU-nun tələbələri belə bir təsirli təşəbbüsün Azərbaycan təbabətinə gətirilməsində yaxından iştirak etmək şansını qazandılar.

Layihə 5-15 mart tarixlərində keçirildi. Tələbələr iki qrupa bölünərək hərəsi 1 həftə ərzində təlim-təcrübə keçdi. İsraildən dəvət olunmuş professional aktyor və klounlar Penny Hanuka və Vitali Azarin Universitetin "Dram teatrı və kino aktyoru", "Teatrşünaslıq", "Dram teatrı rejissoru", "Sosial iş", "Təsviri sənət", "Sabah" mərkəzinin "Aktyor sənəti" və "Rejissorluq" ixtisasları üzrə təhsil alan 26 tələbə iştirak etdi. İsrailli müəllimlər ilk iki gün ADMİU-da tələbələrə nəzəri təlim keçərək, öz bədənlərini, hisslərini idarə etmək, bir sıra klounluq texnikalarına yiyələnməyi öyrətdilər. Sonrakı üç gün isə tələbələr Azərbaycan Tibb Univeristetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyə Klinikalarında, eləcə də Talassemiya Mərkəzində ağır xəstəlikdən əziyyət çəkən uşaqları əyləndirməklə onlara mənəvi dəstək oldular, müalicə prosesinin yüngüllənməsində uşaqlara kömək etdilər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Talassemiya Mərkəzində oldular, tələbələrə uğurlar arzuladılar.

Səfirlik və iki universitetin qərarı ilə 26 tələbə bundan sonra da sözügedən klinikalarda uşaqları əyləndirməyə və onların müalicələrində yaxından iştirak etməyə davam edəcək.

Qeyd edək ki, layihə ilk dəfə 2002-ci ildə İsrailin Dream Doctors qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilmişdir. Hazırda İsrailin 29 xəstəxanası bu hərəkata qoşulmuşdur və il ərzində 200 minə yaxın xəstə uşaqların müalicəsinə kömək etməkdədir. Artıq İsraildə və Avropa ölkələrində tibbi klounların ağır xəstəliklərin müalicəsinə müsbət təsir göstərməsi ilə bağlı elmi araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31