“Qar kraliçası” təqdim olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın premyerası keçirilib. Olaylar.az bildirir ki, bir hissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlənilən Qar kraliçasından tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq tamaşada müəllifin bu nağılında olan böyük dramatizm səhnədə nümayiş olunur.
17 Mart 2018 20:48 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında H.X Andersenin "Qar kraliçası" əsəri əsasında eyni adlı tamaşanın premyerası keçirilib.
Olaylar.az bildirir ki, bir hissəli treyler janrında təqdim edilən tamaşa uşaqların bu günə kimi izlənilən Qar kraliçasından tamamilə fərqlidir. Məktəblilərin mistikaya marağı nəzərə alınaraq tamaşada müəllifin bu nağılında olan böyük dramatizm səhnədə nümayiş olunur.
Tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova, Aygün Fətullayeva, Xəyalə Meydanova, İlqarə Tosova, və digər aktyorlar rol alıb.