Keyfiyyətsiz yemək, təhlükəli ərzaq məhsulları - 7 restoran, kafe və bar BAĞLANDI
Tbilisidə aparılan araşdırmalardan sonra müasir tələblərə cavab verməyən 7 restoran, kafe və bar bağlanıb. Buna həmin iaşə müəssisələrində normal şəraitin olmaması, verilən yeməklərin çox aşağı keyfiyyəti və bir sıra ərzaq məhsullarında insan sağlamlığı üçün zərərli maddələrin aşkar edilməsi səbəb olub.
17 Mart 2018 10:58 DünyaTbilisidə aparılan araşdırmalardan sonra müasir tələblərə cavab verməyən 7 restoran, kafe və bar bağlanıb.
Buna həmin iaşə müəssisələrində normal şəraitin olmaması, verilən yeməklərin çox aşağı keyfiyyəti və bir sıra ərzaq məhsullarında insan sağlamlığı üçün zərərli maddələrin aşkar edilməsi səbəb olub.
Gürcüstanın Milli Ərzaq Agentliyinin yaydığı məlumata görə, paytaxtdakı 19 restoran, kafe və barda araşdırma aparılıb. Onlardan yalnız üçünün fəaliyyəti normal hesab edilib. 7 restoran, kafe və barın fəaliyyəti müvəqqəti dayandırılıb, qalanlarına xəbərdarlıq olunub.
Agentlik bu cür yoxlamaları davam etdirəcəyini bildirib. (AZƏRTAC)