Hüseyn Cavidlə bağlı elmi konfrans

Böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı təşkil ediləcək.

Böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü münasibətilə oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi tərəfindən "Hüseyn Cavid və müasir gənclik" mövzusunda respublika elmi konfransı təşkil ediləcək.

Muzeydən Publika.az-a verilən xəbərə görə, Hüseyn Cavidin zəngin yaradıcılığına həsr olunan konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar iyulun 31-dək məruzələrinin tam mətnlərini [email protected] ünvanına göndərə bilərlər.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31