Gündəm
“Lüksemburq və bütün Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”
Gün gələcək Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu formatında həlli tapılacaq. Bunu Lüksemburqun XİN rəhbəri Jan Asselborn deyib.
Xəlil Rza Ulutürkün həyat yoldaşı məhkəmədə ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə zərərçəkmiş şəxs qismində F. Ulutürk ifadə verib.
Moskvadan qərbə MESAJ: “Cavabsız qalmayacaq”
Rusiya Qərb ölkələrinin kobudluğuna dözməyəcək və diplomatların deportasiyasına cavab verəcək. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Cavab verəcəyik, şübhə etməyin”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.
F-35-lərin pulunu ödəmişik, niyə verilməsin?! - Canikli
Rusiyadan S-400 sistemlərinin alınması ABŞ-dan planlaşdırılan F-35 döyüş təyyarəsi alınması prosesinə təsir göstərməyəcək.
Leninin, Qandinin, Marksın heyran olduğu, dünyanın ƏN SİRLİ MƏKANLARI
Mart ayının son həftəsi “kitabxana həftəsi” kimi qeyd edilir. Texnologiya nə qədər irəliləyirsə, irəliləsin, kitabxanalar öz sirli atmosferindən heç nə itirmir.
Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək
Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin regional baxımdan tarazlı və davamlı inkişafı üçün bu imkan heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin 2009-cu il aprelin 14-də təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yaradır. Belə ki, adı çəkilən sənəddə ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur.
Yanan obyektin "tumsatan" sahibi ölkədən niyə gedib?
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət mərkəzinin sahibiylə bağlı bəzi məlumatlar ortaya çıxıb. Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin verdiyi məlumata görə, faciə baş verən “Qış albalısı” ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir.
Oğurluqda şübhəli bilinən Gəncə sakinləri tutulublar
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 7-dən cari il martın 10-dək olan müddətdə rayon ərazisindəki 2 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici, 1 limonad sexindən su mühərriki, 1 mağazadan pul, 8 evdən və həyətyanı sahələrdən pul, su sayğacı, su mühərriki, inşaat materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Xəlil Yusibov və Ramil Xasanov saxlanılıblar.
550 manat pul oğurlayan tutulub
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Xəqani Məmmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 22-də Teyyub Vəliyevin 550 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xəqani Məmmədov saxlanılıb. Araşdırma aparılır.
SABAH tələbələrinin bilik yarışı keçirilib
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, 8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.
Bakıda dələduz qadın tutulub
Bakıda dələduzluqla məşğul olan qadın daxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də paytaxt sakini Ü.Seyidovanı aldadıb ondan qızıl boyunbağı və 1 cüt sırğa almaqda şübhəli bilinən Yevlax rayon sakini Aygün Məmmədova saxlanılıb. İlkin araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Tibbi sığorta ilə bağlı şərtlər dəyişdirilir
İcbari tibbi sığorta təşkilatının təsnifatı və tibbi sığorta sistemi ilə bağlı məsuliyyət şərtləri ağırlaşdırılır.Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təqdim olunub.Layihədə qanunun 12-ci maddəsinə təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta təşkilatının dövlət orqanı yox, qurum adlandırılması təklif edilir.Qanunun 16-cı (Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti) maddəsi isə dəyişdirilərək belə verilir: "Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
Uşaqlarınıza məsuliyyət hissini aşılamaq istəyirsiniz ?
Bir çox valideynlər uşaqlarının məsuliyyətsiz olmasından, hər hansı kiçik bir problem zamanı belə onlardan kömək gözləməsindən və özlərinə güvənlərinin az olmasından şikayət edirlər. Gələcəkdə bu kimi problemlərlə qarşılaşmaq istəmərsinizsə psixoloqların məsləhət etdiyi kimi uşaqlarınıza məsuliyyət hissini kiçik yaşlarından aşılamalısınız. Bu isə 2 yaşından başlayır.
Leyla Əliyevanın təbrik etdiyi “Marsey” idman klubunun Bakıda açılışı oldu
“Uşaqlar və gənclər məşq etmək üçün bizə müraciət edəndə, onlarla qısa müsahibə aparırıq və onlara nə məqsədlə idmanla məşğul olacağını soruşuruq. Onlar biri-birindən maraqlı fikirlər səsləndirirlər. Amma bütün bunlara baxmayaraq, biz hər bir şəxsə idmanın faydalarından danışırıq.
Mülkiyyətçi mənzili hansı hallarda sata bilər?
Azərbaycanda özəlləşmə prosesinin sürətlə gedişi və xüsusi mülkiyyətin genişlənməsi mülki mübahisələri qaçılmaz edib. Lakin vətəndaşların hüquqi biliklərinin kifayət qədər olmaması bu sahədə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olur. Müsahibimiz vəkil Rövşən Qasımov əmlak məsələləri ilə bağlı mübahisələr zamanı yaranan bir sıra məsələlərə aydınlıq gətirib.









.jpg)



.jpg)
