Uşaqlarınıza məsuliyyət hissini aşılamaq istəyirsiniz ?

Bir çox valideynlər uşaqlarının məsuliyyətsiz olmasından, hər hansı kiçik bir problem zamanı belə onlardan kömək gözləməsindən və özlərinə güvənlərinin az olmasından şikayət edirlər. Gələcəkdə bu kimi problemlərlə qarşılaşmaq istəmərsinizsə psixoloqların məsləhət etdiyi kimi uşaqlarınıza məsuliyyət hissini kiçik yaşlarından aşılamalısınız. Bu isə 2 yaşından başlayır.

O zaman kiçik yaşlarından onlara bu ev işlərini həvalə edin

Bir çox valideynlər uşaqlarının məsuliyyətsiz olmasından, hər hansı kiçik bir problem zamanı belə onlardan kömək gözləməsindən və özlərinə güvənlərinin az olmasından şikayət edirlər. Gələcəkdə bu kimi problemlərlə qarşılaşmaq istəmərsinizsə psixoloqların məsləhət etdiyi kimi uşaqlarınıza məsuliyyət hissini kiçik yaşlarından aşılamalısınız. Bu isə 2 yaşından başlayır.

Uşağınız iki yaşında olarkən oyuncaqlarını toplaya bilər, öz nağıl kitablarını rəfə düzə bilər, kirli paltarlarını onlar üçün ayırdığınız səbətə ata bilər.

Uşağınız üç yaşındaykən kiçik dəsmalları qatlaya bilər, ətrafdakı lazımsızları zibil qutusuna ata bilər və həmçinin paltaryuyan maşındakı kiçik paltarları çıxardaraq maşını boşalda bilər.

Dörd yaşındakı uşağınız ev heyvanınızı qidalandıra, yerə tökülən suyu təmizləyə, öz yatağını toplaya və otağını yığışdıra bilər.

Beş yaşındakı uşağınız sizə yemək süfrəsini qurmaqda kömək edə bilər, evdəki dibçək güllərini sulaya və oyuncaqlarını çeşidlərə ayıraraq yığışdıra bilər.

Altı yaşındakı uşağınız sizə mətbəx işlərində, özəlliklə də salat hazırlamaqda kömək edə bilər.

Yeddi yaşındakı uşağınız corabları cütləşdirərək qatlaya və qabyuyan maşınına çirkli qabları yerləşdirə bilər.

Səkkiz yaşındakı uşağınız kiçik qabları yuya, evdə yanan lapmaları dəyişdirə və mebellərin tozunu ala bilər.

Doqquz yaşındakı uşağınız evə aldığınız ərzaqları soyuducuya yerləşdirə bilər, paltarları asılqandan asa və mətbəxdə kiçik şirniyyatlar hazırlaya bilər.

On yaşındakı uşağınız qopan düyməni tikə bilər, sadə bir yemək hazırladıqdan sonra mətbəxi təmizləyə və evi süpürə, tozsoranlaya bilər.

On bir yaşındakı uşağınız marketdən yazdığınız siyahıya uyğun ərzaqlar ala bilər, hamamı təmizləyə bilər və maşınınızı yuya bilər.

On iki yaşındakı uşağınız öz paltarlarını ütüləyə, özündən kiçik bacı və ya qardaşının qayğısına qalaraq onlara baxmaqda sizə kömək edə bilər.

Və bununla da onlara kiçik yaşlarından özlərinə uyğun olan işlər tapşıraraq daha da məsuliyyətli böyümələrinə, özlərinə olan inamın daha da yüksək olmasına və gələcəkdə düzgün seçimlər etmələrinə təkan vermiş olarsınız.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31