Yanan obyektin "tumsatan" sahibi ölkədən niyə gedib?
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” ticarət mərkəzinin sahibiylə bağlı bəzi məlumatlar ortaya çıxıb. Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin verdiyi məlumata görə, faciə baş verən “Qış albalısı” ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir.
27 Mart 2018 15:42 DünyaRusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" ticarət mərkəzinin sahibiylə bağlı bəzi məlumatlar ortaya çıxıb. Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin verdiyi məlumata görə, faciə baş verən "Qış albalısı" ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir.
"Denisi yaxşı tanıyırdıq. O da biznesə 90-cı illərdə gəlib. Yerli bazarda topdan günəbaxan tumu satışıyla məşğul idi. Bundan sonra özünə şirkət təsis etdi. Tədricən günəbaxan tumlarının qızardılmış və paketlənmiş biznesinə girişdi. Burada böyük uğur qazana bildi. Bir neçə il ərzində isə vafli, şokolad, karamel istehsalıyla məşğul olmağa başladı. Həmin ərəfədə Kemerevo, Novokuznetsk, Prokopyevsk, Novosibirsk, Tomsk kimi şəhərlərin əksər ərzaq mağazalarında ancaq Ştengelovun məhsulları satılırdı. Təxminən "Roşen"in Ukraynadakı tutduğu mövqeni Ştengelovun şirkəti Qərbi Sibirdə tutmuşdu. Heç bir Moskva şirkəti regiona şirniyyat məhsulları göndərə bilmirdi", - azərbaycanlı iş adamı bildirib.
Onun dediyinə görə, Ştengelov bir neçə il əvvəl əksər biznesinin Rusiyadan çıxarmışdı, Avstraliyada yaşayırdı.
"Qış albalısı" onun Kemerevodakı azsaylı obyektlərindən biriydi. Dünən yerli televiziya xəbər yaydı ki, Ştengelov həlak olanların hər birinin ailəsinə 3 milyon rubl (təxminən 52 min dollar) kompensasiya ödəyəcək. Bundan başqa o, Rusiyaya qayıdıb istintaqın suallarına cavab verməyə də hazırdır".
Qeyd edək ki, martın 25-də Kemerovo şəhərindəki "Qış albalısı" əyləncə-ticarət mərkəzində baş verən yanğın zamanı 64 nəfər həlak olub. Lent.az