F-35-lərin pulunu ödəmişik, niyə verilməsin?! - Canikli

Rusiyadan S-400 sistemlərinin alınması ABŞ-dan planlaşdırılan F-35 döyüş təyyarəsi alınması prosesinə təsir göstərməyəcək.

Rusiyadan S-400 sistemlərinin alınması ABŞ-dan planlaşdırılan F-35 döyüş təyyarəsi alınması prosesinə təsir göstərməyəcək. Bu sözləri Türkiyənin Müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, hazırda S-400 alınması ilə bağlı heç bir problem yoxdur və hətta S-400-lərin alınması nəzərdə tutulan vaxtdan daha tez baş tuta bilər.

Müdafiə naziri Rusiyadan S-400 raket komplekslərinin alınmasının ABŞ-dan F-35 döyüş təyyarələrinin alınmasına təsir göstərə biləcəyi barədə yayılan xəbərlərə münasibətində deyib:

"Onlarla nə əlaqəsi var? Bunlar ayrı-ayrı layihələrdir. Türkiyə illər əvvəl F-35 layihəsinə daxil oldu və qarşıdakı ildən etibarən də təslimat prosesi başlayır. Pulunu veririk, bunun onunla heç bir əlaqəsi yoxdur. Anlaşmaya nail olunub, hər şey edilib. O iş bitdi. Bu hər şeydən əvvəl ticarət fəaliyyətidir. Biz anlaşma çərçivəsində üzərimizə düşən öhdəliklərin hər birini yerinə yetirmişik. Dolayısı ilə məsələyə bu cür baxmaq lazımdır. Bunların pulları ödənib və ödənməyə də davam edilir. Beynəlxalq qaydalar var. Pullarını ödəmişik və qarşılığı yerinə yetiriləcək".

Qeyd edək ki, TBMM Xarici Əlaqələr komitəsinin sədri Volkan Bozqır ABŞ Konqresində "Rusiyadan S-400 alsanız, biz də sizə F-35 satmarıq" tipli bir fikrin hakim olduğunu yazmışdı. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31