SABAH tələbələrinin bilik yarışı keçirilib
Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, 8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.
27 Mart 2018 15:38 SosialTəhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə riyaziyyat və informasiya texnologiyaları üzrə bilik yarışının birinci mərhələsi keçirilib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, 8 ali təhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 500-dən çox SABAH tələbəsi iştirak edib. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilib.
Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, 100-dən artıq tələbə cari ilin aprel ayının sonunda keçiriləcək ikinci mərhələdə iştirak edəcək.