Gündəm
Prezident İlham Əliyev: "Vaxt gələcək, biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq"
Vaxt gələcək, biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq. Məlumata görə, bunu Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edən Prezident İlham Əliyev tibb ocağının kollektivi ilə görüşündə deyib.
Tələbələr miqrasiya məsələləri ilə bağlı maarifləndirilir
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü ərəfəsində paytaxtda və regionlarda ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, Azərbaycan Texniki Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində miqrasiya qanunvericiliyindəki yeniliklər şərh olunub.
Şəkinin daha bir kəndinə təbii qaz verilib
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.
Dini ekstremist fəaliyyətə görə 202 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilir
Dini ekstremist fəaliyyətlə məşğul olduqlarına görə, ötən il 202 şəxsin Azərbaycan vətəndaşlığından məhrum edilməsi ilə bağlı rəylər hazırlanıb. Məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış rəylər baxılması üçün müvafiq məhkəməyə təqdim edilib.
Jirinovski: "Avropa Rusiyanın simasında düşmən yaradır ki, Aİ dağılmasın"
ABŞ-dan, Kanadadan və Avropa ölkələrindən rusiyalı diplomatların çıxarılması onu göstərir ki, Avropaya Rusiyanın simasında düşmən lazımdır. Məlumata görə, bunu rusiyalı deputat Vladimir Jirinovski öz “Telegram” kanalında yazıb. O qeyd edib ki, bu addımın məqsədi Avropa İttifaqını (Aİ) parçalamaqdan qorumaqdır: “Avropa İttifaqı parçalanaır. Bəs onu xarici təhdid olmadan necə saxlamaq olar? Qorxu amili lazımdır. Müsəlmanlar artıq onlar qorxutmur, Avropa ölkələrində ərəb ölkələrindən artıq milyonlarla qaçqın yaşayır. Çin isə çox uzaqdadır. Ona görə də, ancaq Rusiya qalır”.
Bu il Novruzda Azərbaycanda turistlərin nisbəti dəyişdi
"Novruz"un fəsadları: Gözü çıxanlar, amputasiya olunanların sayı 2000 nəfər olub
İranda Novruz bayramı ərəfəsində bədbəxt hadisələr nəticəsində xəsarət alanların statistikası açıqlanıb. Məlumata görə, insidentlər daha çox çərşənbə axşamları bayram tonqalları ətrafında qeydə alınıb. Belə ki, partlayıcı maddələrlə ehtiyatsız davranmaq nəticəsində ümumilikdə 2000-ə yaxın şəxs xəsarət alıb.
Deputat: "Ermənistana vicdanını, mənəviyyatını pula satmağa hazır olan Zatulin kimiləri lazımdır"
Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlər Ermənistanda çox ciddi narazılıqla qarşılanıb. Xüsusilə Prezidentin azərbaycanlıların gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında ciddi narahat edir.
Təhsil İdarəsində beynəlxalq seminar keçirilib
Martın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Keyfiyyətin təminatı–sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası" mövzusunda beynəlxalq seminar işə başlayıb.
“Türk Hava Yolları” Aqabaya birbaşa uçuşlara başlayıb
Paytaxt ‘mmandan sonra Aqaba "Türk Hava Yolları" aviaşirkətinin İordaniya üzrə uçuşlar həyata keçirdiyi ikinci şəhər oldu “OLAYLAR” xəbər verir ki, bununla da aviaşirkətin uçduğu istiqamətlərin sayı 303-ə çatıb.
XƏBƏRDARLIQ: Şimşək çaxacaq, qar yağacaq
Martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Sabunçuda sonu görülməyən tıxac
Bu gün səhər saatlarında Maştağa – Koroğlu metrosu istiqamətində kilometrlərlə avtomobil sıxlığı qeydə alınıb.
24 saata 23 terrorçu öldürüldü
ONN media Türkiyə mətbuatın istinadən xəbər verir ki, Türkiyənin Daxili işlər Nazirliyi son 24 saatda təşkil olunan terror əməliyyatlarına dair açıqlama verib.
Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girə bilər
“Pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş növbəti respublika müşavirəsi Bərdədə keçirilib. Bundan əvvəlki müşavirələri Saatlıda və Sabirabadda keçirilmişdi. Keçirilən hər bir müşavirədə pambıq istehsalçılarının qarşısına yeni vəzifələr qoyulur və çoxlu məhsul istehsalı istiqamətində fermerlər işləməkdə yeni stimul alır”. Bu sözləri açıqlamasında millət vəkili Azər Badamov deyib.








.jpg)
.jpg)




