Sabunçuda sonu görülməyən tıxac

Bu gün səhər saatlarında  Maştağa – Koroğlu metrosu istiqamətində kilometrlərlə avtomobil  sıxlığı qeydə alınıb.

Bu gün səhər saatlarında  Maştağa - Koroğlu metrosu istiqamətində kilometrlərlə avtomobil  sıxlığı qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə sıxlıq hələdə davam edir. Bu sıxlıq hər səhər Zabratdan şəhər istiqamətində, axşamlar isə şəhər istiqamətindən ikinci Zabrata qədər sürücüləri narahat edir.

Bu tıxacların səbəbi isə hamıya məlumdur , əgər Yol Patrul xidməti yaxşı işləsə  bunun qarşısını almaq cox asandır.

Bu tıxacları aradan qaldırmaq üçün şəhərdən Bakı kəndlərinə gedəndə " Ayxan" marketin qarşısında olan qayda pozuntuları, kəndlərdən şəhərə gedəndə isə Sabunçu qəsəbəsi yolunda avtobusların dayanacağında olan nizamsızlığı Yol  Patrul xidməti nizamlamalıdır. Bu isə onların nəzarətindən qaçır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31